“Derimod”dan endirimli məhsulların sifarişi
Türkiyənin məşhur brendlərindən həm keyfiyyətli məhsul sifariş verib, həm də büdcəyə qənaət etməyi kim istəməz? Elə bugünkü bloqumuz da Türkiyənin tanınmış “Derimod”dan endirimli qış ayaqqabısı, çanta, kəmər və s. məhsulların endirimli sifarişi barədədir.
1974-cü ildə dəri ilə dəbi birləşdirmək məqsədi ilə qurulan “Derimod” brendi dərilərin zərifliyini günün cizgiləri ilə birləşdirərək yepyeni həyat tərzinin və incəliyin təmsilçisinə çüvrildi. Eyni zamanda, Türkiyədə dəri ilə modanı birləşdirən ilk brenddir. Marka 41 ildən çoxdur ki, öz sektorunda ilklərə imza atmağa davam edir. İlkləri ilə sektorda yeniliklərə imza atan “Derimod”, həmçinin, 1982-ci ildə ABŞ-ın Los Angeles / Beverly Hills şəhərində mağaza açdı və xaricdə mağaza açan, bunu öz markası ilə edən ilk dəri şirkətidir.
Qeyd-şərtsiz müştəri məmnuniyyətinə önəm verən “Derimod” müxtəlif məhsulları və kolleksiyaları ilə müştərilərinə özlərini rahat və sərbəst hiss etmə imkanı verir. Markanın kolleksiyaları daim yenilənir və hər bir məhsul öz zərifliyi ilə seçilir. Şirkət yarandığı gündən müxtəlif innovativ kampaniyaları və sosial məsuliyyət layihələri ilə müştərilərinin diqqətini cəlb etməyi bacarır.
Türkiyənin əsas alış-veriş platforması olan “Trendyol” vasitəsilə “Derimod”un bütün endirim kampaniyalarından yararlana bilərsiniz. Belə ki, oktyabr ayının 6-dan etibarən dekabrın 31-nə qədər markada böyük endirimlərdən yararlana bilərsiniz. Endirimlər sayəsində siz istədiyiniz növ ayaqqabı, çanta və s. məhsulu əldə edə bilərsiniz. Keyfiyyətli dəri məhsullarını özündə birləşdirən bu markadan müxtəlif rəng və çeşid seçimi ilə sifariş verə bilərsiniz.
Sürəti ilə seçilən karqo - Zamex
Siz də qışın gəlişi münasibətilə dəbli dəri məhsullara sahib olmaq istəyirsinizsə, “Derimod”dan “Zamex” vasitəsilə sifariş edərək tərzinizdə yenilik yaradın. “Zamex” sizin büdcənizi və vaxtınızı düşünərək sifarişlərinizi sərfəli və sürətli şəkildə çatdıracaq. İstər mobil tətbiq, istərsə də sayt vasitəsilə sifarişlərinizi həyata keçirə bilərsiniz.