Türkiyədən kosmetika sifarişi
Türkiyənin onlayn alış-veriş saytlarından Azərbaycana sifariş verənlərin böyük hissəsinin qadınlar olduğunu nəzərə alsaq o zaman ölkəmizə çatdırılan məhsullar arasında makiyaj və baxım məhsulları ayrı bir yer tutur desək, yanılmarıq. Belə ki, xanımların ən çox verdikləri sifarişlər arasında özünəməxsus yer tutan kosmetika məhsulları da eynilə digər məhsullar kimi bizim vətəndaşlarımız üçün çox uyğun qiymətli olur. İstər üz və əl kremləri, istər saç üçün baxım ləvazimatları, istərsə də hər növ makiyaj və baxım məhsullarını rahatlıqla Türkiyənin onlayn alış-veriş saytlarından Azərbaycana sifariş edə bilərsiniz.
1)Trendyol.com-bu saytda siz istənilən növ axtardığınız kosmetika məhsullarını rahatlıqla tapa bilərsiniz. İlin bir çox aylarında endirimlərin olduğu bu platforma həm qadın, həm də kişi üçün baxım məhsulları satmaqdadır. Həm Türkiyənin, həm də dünyanın irili-xırdalı markalarının olduğu bu saytda sifariş vermək də olduqca sadədir.
2)Watsons.com.tr-fərdi baxım məhsulları ilə yanaşı, saç baxımı, bədən üçün kremlər, makiyaj üçün məhsullar, kişi üçün məhsullar, ana-bala məhsullarının olduğu bu platformadan verdiyiniz sifarişlər Türkiyə daxili karqo ilə 1-3 gün Türkiyə adresinə çatdırılmaqdadır. Saç tökülməyinə qarşı məhsulların da rahatlıqla tapıldığı bu platformadan sifarişlərinizi verə bilərsiniz. Əgər saytda sizin bank kartınız qəbul olunmazsa, Zamex bunu da sizin üçün həll edəcək. Zamex-in bütün xidmətləri məhz sizlər üçündür.
3)Gratis.com-Türkiyənin ən böyük həm onlayn, həm fiziki mağazalarının olduğu bu marka da kosmetika məhsullarının satıldığı platformadır. Bu saytda 120 Tl dəyərindən daha çox sifariş versəniz, Türkiyə daxili karqonuz pulsuz olacaq. Buradan siz baxım üçün lazım hər növ məhsulları sifariş edə bilərsiniz. Verdiyiniz sifarişlərin həm sürətli, həm də sərfəli tariflərlə Türkiyədən Azərbaycana çatdırılması üçün elə indi Zamex-in xidmətlərindən faydalana bilərsiniz.
4)Kozmela.com-qadınların kosmetika ləvazimatlarını ala biləcəyi saytlardan biri də məhz bu saytdır. Türkiyənin ən böyük kosmetika butiki olan olan Kozmela 30 ildir ki, bu sektorda fəaliyyətinə davam etməkdədir. Məhsul çeşidliliyi, müştəri xidmətləri, münasib qiymət politikası və ən sürətli karqo sistemi ilə bütün müştərilərə yüksək keyfiyyətli xidmət göstərən bu marka ən etibarlı markalardandır.
5)Kozmetikcim.com- bu saytdan siz bir çox markadan olan məhsulları rahatlıqla tapa və sifariş edə bilərsiniz. Burberry, Bvlgari, Calvin Klein, Dolce&Gabbana, Dior, Fendi, Gucci, Kenzo, Lacoste, Paco Rabanne kimi markalardan sevdiyiniz məhsulları məhz bu saytdan sifariş etməyiniz tövsiyə olunur. Həm kişi baxımı, həm tibbi kosmetika ləvazimatları, həm təbii ürünlər, həm də körpə baxımı üçün ləvazimatlar bu saytda da mövcuddur.
0,85 dollardan başlayan tariflərlə Türkiyədən Azərbaycana maye və kosmetika məhsullarının çatdırılmasını həyata keçirən Zamex-də Bakı, Sumqayıt və Gəncə şəhərlərində şəhərdaxili karqo xidməti pulsuzdur.
Türkiyədən Azərbaycana sürətli və sərfəli karqo-Zamex
İstər maye və kosmetika, istərsə də standart məhsulların Türkiyənin istənilən onlayn alış-veriş saytlarından Azərbaycana verdiyiniz sifarişlərin sürətli və sərfəli tariflərlə ünvanınıza çatdırılmasını istəyirsinizsə, elə indi Zamex.az-da qeydiyyatdan keçin.
Hər həftə müştəriləri üçün sosial media hesablarında fərqli müsabiqələr keçirərək daima müştərilərinə hədiyyələr verən Zamex-də Türkiyədən Azərbaycana karqo çatdırılmaları cəmi 0,85 dollardan başlayır. Sifarişi Zamex-lə edərək, həm məhsulunuzu vaxtında əldə edə, həm də sizə uyğun tariflərimizdən yararlana bilərsiniz.