Haqqımızda

Qürur duyduğumuz komandamız ilə gələcəkdə keyfiyyətli xidmət ilə sektorda lider olmaq bizim məqsədimizdir.
Bu məqsəd işimizin özündə, əsasındadır. Bu məqsəd, düzgün işlər görmək, insanlara kömək etmək, insanların həyat keyfiyyətini yaxşılaşdırmaq istəyimizlə birləşir.
Bizim üçün vacib olan yalnız nə etdiyimiz deyil həm də niyə etdiyimizdir. Hər qərarımızın arxasında həmişə bu anlayış dayanır.
Bir sözlə, məqsədimiz ən yaxşı xidməti göstərməkdir.
Zamex ilə şans, sevinc qapınıza gələcək.
Biz sizə istədiyinizi gətiririk!

 

Missiyamız

Bizim missiyamız dürüstlüyü və müştəri məmnuniyyətini ön planda tutaraq keyfiyyətli xidmətlər təqdim etməklə sektora rəhbərlik etməkdir. Biz özümüzü təkcə yüksək səviyyəli daşınma üzrə həllər təqdim etməklə yanaşı, həm də insanların həyatına müsbət təsir göstərməyə həsr edirik. Türkiyə,Almaniya və Amerikadan bağlamalarınızın sürətli və etibarlı çatdırılmasında qüsursuz təcrübə yaşamağınız üçün daim yenilən qərar və yüksək xidmət səviyyəsi yaratdıq.Bilindiyi kimi,biz təkcə bağlama daşımırıq,həm də insanların üzündə yaranan təbəssümü daşıyırıq.Bu səbəbdən,Ünsiyyəti,şəffaflığı qoruyan komandamızla müştərilərimizin rəğbətini qazanırıq.

Zam Express-də biz misilsiz xidmət və etibarlılıq təmin etməklə daxili karqo və kuryer bazarında birincilik yolunda irəliləyirik. Missiyamız  daxili sənayedə aparıcı kuryer və daşıyıcı olmaqdır.Hər bir müştəri üçün qüsursuz və fərdiləşdirilmiş şəbəkə yaradaraq,qabaqcıl texnologiyalardan istifadə edərək bağlamalarınızı tez və etibarlı şəkildə çatdırırıq.Müştərilərimizin və bazarın dəyişkən tələblərini ödəmək üçün xidmət və əməliyyatlarımızı daim yeniləyirik.

Zam Expressin missiyası ölkədaxili  karqo və kuryer sənayesində yeni standartlar müəyyən etmək və hər bir çatdırılmada vədinə sadiq qalmaqdır.

 

Vizyonumuz

Vizyonumuz xidmət keyfiyyətini, müştəri məmnuniyyətini və xidmətdə bütövlük standartlarını müəyyən etməklə karqo sektorunda inqilab etməkdir.Sürət, etibarlılıq və müştəri bazamızla bağlamalarınızın çatdırılmasında ən etibarlı və innovativ təchizatçı olmağı hədəfləyirik.İstər yerli, istərsə də xaricdən olan hər bir bağlamanın problemsiz çatdırıldığı bir mühit yaratmağa çalışırıq.Ən qabaqcıl texnologiyalardan istifadə etməklə,biz xidmətlərimizi müştərilərimizin gözləntilərini ödəməklə yanaşı, daha çox səmərəli vaxt keçirəcəyi bir mühit şəklində qurmağa  çalışırıq.

Bu yolda,öncəliyimiz yeni innovasiya və texnologiyalardan istifadə edərək müştəri davamlılığını artırmaqdır.Bu məqsədlə,müştəri yönümlü mərkəzlər yaradaraq işçi bazamızı genişləndiririk. Əməkdaşlarımız bizim ən böyük sərvətimizdir və daim öyrənərək güclənən sərvətə sahibik.

 

Dəyərlərimiz

Dürüstlük: Biz ən yüksək səviyyədə dürüstlük və etik standartlarla işləyirik. Dürüstlük müştərilər, işçilər və tərəfdaşlarımızla münasibətlərimizin təməl daşıdır və bütün işlərimizdə heç kim, heç bir halda görməsə belə şəffaflığı təmin edirik.

Müştəri Mərkəzi: Müştərilərimiz bizim işlərimizin mərkəzidir. Biz onların ehtiyaclarını başa düşməyə, gözləntilərini aşmağa və uzunmüddətli əlaqələr qurmaq üçün xidmət göstərərik.

Keyfiyyət: Biz əməliyyatlarımızın hər bir aspektində mükəmməlliyi təmin edirik.Bağlamaları diqqətlə daşımaqdan tutmuş dəqiq və vaxtında çatdırılmaya qədər keyfiyyət bizim dəyişməz standartımız,dəyərimizdir.

İnnovasiya: Gündən -günə yenilənən dünyada dəyişikliyi qəbul edir və xidmətlərimizi təkmilləşdirmək üçün davamlı olaraq innovativ həllər axtarırıq. Ən son texnologiyadan və yaradıcı yanaşmalardan istifadə etməklə biz dinamik şəkildə karqo sektorunda irəlidəyik.

Etibarlılıq: Etibarlılıq işimiz üçün vacibdir. Müştərilərimizə rahatlıq və xidmətimizə inam yaratmaq üçün hər bir çatdırılmanın vaxtında və mükəmməl vəziyyətdə olmasını təmin edirik.

about-img
about-img

Keyfiyyət hərkəsin haqqıdır...

Siz öz Türkiyə və Amerika bağlamalarınızı Zamexə etibar edərək məhsullarınızı ən qısa zamanda əldə etməyə hazır olun. Xarici anbarımıza daxil olan məhsullar Bakı anbarımızdan təhvil verilməyə hazır formaya gəlir. Şirkətimiz Türkiyə sifarişləri üçün THY (Türk Hava Yolları), Silkway, Azal, Amerika sifarişləri üçün isə Silkway aviaşirkəti ilə əməkdaşlıq etməkdədir.


Bu sifarişləri həyata keçirərkən komandamız son dərəcə məsuliyyətli və operativ formada çalışır. Bu səbəbdən də sizə göstərdiyimiz xidmət səviyyəsi gün keçdikcə daha da artmaqdadır. Şirkətimiz Azərbaycan qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərməkdədir və qanunvericiliklə qadağan olunmuş malların daşınmasını həyata keçirməməkdədir.