İstifadəçi razılaşması
-
Sistemdən qeydiyyatdan keçən istifadəçi şəxsi məlumatlarının (əlaqə nömrəsi, şəxsiyyəti təsdiq edən sənədin və s.) doğru daxil edilməsinə cavabdehliyi özü daşıyır.
-
“Zamex MMC” daşıyıcı firma olduğundan satıcı tərəfindən göndərilən məhsulun tamlığına, ölçüsünə, formasına görə cavabdehlik daşımır.
-
Müştəri “Xaricdəki ünvanlarım” bölməsindən xaricdə yerləşən ünvanımızı qeyd edərək məhsulu özü sifariş etdiyi halda məhul xarici anbarımıza daxil olanadək həmin bağlamanı saytımızda “Öncədən bəyan et” bölməmiz vasitəsi ilə bizə bəyan etməlidir.
-
Müştəri məhsulu özü sifariş etdiyi halda xarici anbarımıza təhvil verilməyən məhsullara görə Zamex MMC heçbir məsuliyyət daşımır.
-
Müştəri məhsulu özü sifariş etdiyi halda məhsulun xarici anbarımıza təhvil verilməsi müddəti ilə bağlı Zamex MMC heçbir məsuliyyət daşımır.
-
“Sifariş et” xidmətimiz vasitəsi ilə müştərinin verdiyi sifariş növbəlilik əsasında həyata keçirilir və 24 saat müddətində sifarişin icra olunması öhdəliyi Zamex MMC-ə məxsusdur. Məhsulun (rəng, ölçü və s.) stokda bitməsi səbəbindən sifarişin ləğv edilərək müştərinin ödədiyi məbləği TL balansına qaytarılması öhdəliyi Zamex MMC öz üzərinə götürür.
-
“Sifariş et” xidmətimizdən istifadə zamanı "Ödənildi" statusunda olan sifarişlərdə hər hansı bir dəyişiklik (ölçü, rəng və s. dəyişimi) edilmir.
-
“Sifariş et” xidmətimiz vasitəsi ilə sifariş linki göndərilən zaman müştəri tərəfindən XXX faiz bank komissiyası ödənilir
-
İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına 5-7 iş günü ərzində geri qaytarılır.
-
Hər hansı bir səbəbdən sifariş tamamlanmırsa, ödənilən məbləğ sifarişçinin kartına geri qaytarılır. Bu proses sifarişçinin bankından asılı olaraq, 1-14 iş günü ərzində həyata keçirilir. Ödəniş nəğd şəkildə qaytarılmır.
-
Ödəniş, sifariş olunan xarici ölkənin valyutası ilə aparılır, əlavə bank komissiyalarına görə Zamex MMC heç bir məsuliyyət daşımır.
-
Sifarişlər verilərkən məhsul(lar)un və Türkiyə daxili karqonun ödənişi tam ödənilməlidir. Ödənilmədiyi təqdirdə çatışmayan məbləğ varsa müştərinin mövcud balansından tutulur və yaxud da məhsul(lar) təhvil verilərkən müştəridən tələb olunur. Ödənişlər tam ödənildikdən sonra məhsulun təhvili mümkündür.
-
Maksimum 10 manat olmaqla sifariş məbləğinin 10 faizi həcmində kənarlaşma olarsa, müştəriyə məlumat verilmədən balansından silinməklə sifariş həyata keçirilir.
-
Zamex MMC qəbul olunmuş sifarişləri eyni anda və birlikdə həyata keçirir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə Zamex MMC məsuliyyət daşımır. Məhsullar satıcı mağaza tərəfindən neçə bağlama olaraq xarici anbara çatdırılırsa, hər bağlama ayrılıqda hesablanır.
-
Müştəri tərəfindən “Öncədən bəyan et” və ya “Sifariş et” xidmətlərimiz vasitəsi ilə tərkibində maye olan məshullar sifariş edildiyi zaman daşınma haqqı maye məhsul tarifləri ilə hesablanacaqdır. Məhsulu müştərinin özü sifariş edib “öncədən bəyan et” xidmətimiz vasitəsi ilə bizə bəyan edəcəksə satıcı firmadan maye məhsulu ayrı sifariş olaraq sifariş verməsini tövsiyyə edirik.
-
Sifariş edilmiş bağlamanın hərəkəti barədə (xarici anbara daxil olma, yola çıxma, yerli anbara daxil olma) müştəriyə bildirişlər göndəriləcəkdir. Yerli anbarda olan bağlamanı müştəri daşınma haqqını ödəyərək özü təhvil ala və ya əlavə ödəniş edərək ünvanına kuryer sifariş edə bilər.
-
Məhsul xarici anbara daxil olduqdan sonra müştəriyə bildiriş göndərilir və məhsulun Smart Customs tətbiqi vasitəsi ilə Gömrük orqanına bəyan etməsi tövsiyyə olunur. Bağlama gömrük orqanına Smart Customs tətbiqi vasitəsi ilə bəyan edildikdən sonra Xarici anbardan göndərilir.
-
Bir tərəfinin uzunluğu 1 metrdən böyük olan bağlamaların çəkisi həcmi çəki ilə hesablanacaqdır. Bağlamanın həcmi və fiziki çəkisi hesablanacaq hansı çəki çox olarsa bağlamanın çəkisi ona əsasən hesablanacaqdır. (Hesablama qaydası: en * uzunluq * hündürlük/ 6000)
-
Qəbul olunan bağlama ofisimizdə, kuryer çatdırılması edilibsə, kuryerin yanında yoxlanılmalıdır. Məhsulda hər hansı bir xəsarət olduğu təqdirdə yerindəcə əməkdaşlarımıza və ya kuryerə məlumat təqdim edilməlidir. Əks təqdirdə sonradan aşkarlanmış hər hansı bir çatışmazlığa görə Zamex MMC məsuliyyət daşımır.
-
Sifarişlərin ümumi dəyəri (məhsulun dəyəri+daşınma haqqı) 300 USD dəyərini keçmədiyi halda və gömrük orqanı tərəfindən kommersiya məqsədli olması ilə saxlanılmadığı halda hər-hansı rüsuma cəlb edilmir.
-
Bağlama aşağıda göstərilən hallarda gömrük orqanı tərəfindən saxlanıla bilər:
-
1 təqvim ayı ərzində ümumi dəyəri 300 USD limitini keçdikdə
-
Sifarişin gömrük orqanı tərəfindən kommersiya məqsədli olması ilə bağlı saxlanılması
-
Daşınması qadağan olan məshul olması
-
Aylıq limit sifariş tarixinə əsasən deyil, bağlamanın Gömrük sistemində qeydiyyata salındığı tarixə əsasən hesablanır. Müştərinin bağlaması şəxsi kabinetində "Yoldadır" statusuna keçdikdə Gömrük sisteminə əlavə edilmiş olur.
-
Müştəri limiti keçmədiyi təqdirdə istənilən sayda bağlama gətirə bilər. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyi zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə bağlama rüsuma cəlb ediləcəkdir.
-
Gömrük orqanları tərəfindən saxlanılan bağlamanı yalnız bağlamanın sahibi təhvil ala bilər. Müştəri bağlamanı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlama(lar) üçün çatdırılma haqqını ödəyib qaimə və barkodu əldə edir. Daha sonra bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlama(lar) haqqında ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilər.
-
Məhsulun Smart Customs tətbiqi vasitəsi ilə gömrük orqanına bəyan edilməsi zamanı məlumatların düzgün daxil edilməsi barədə öhdəliyi istifadəçi daşıyır.