Almaniyanın ən yaxşı 7 onlayn mağazası

Almaniyanın ən yaxşı 7 onlayn mağazası
Kömək 17.07.2023

Almaniya iqtisadiyyatı Avropanın ən böyük iqtisadiyyatıdır və qlobal iqtisadiyyatın 4,54% təşkil edir. Almaniyanın həm ənənəvi, həm də onlayn alış-veriş mağazaları, demək olar ki, bütün dünyada məşhurdur. Əlbəttə ki, bu məşhurluğu onlara qazandıran məhsullarının incə dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasıdır.

 

Almaniyada elektron ticarət Böyük Britaniya və ya Fransadakı onlayn alış-verişdən tamamilə fərqlidir. Müəyyən hüquqi tənzimləmələr alman istehlakçılarının maraq dairəsindədir. Məsələn, məhsulu alarkən yazılı xəbərdarlıq göndərilir. Bu hüquqi alət istehlakçılar arasında çox populyardır və rəqabət və ya digər qanunların pozulması halları olduqda tez-tez onlayn ticarətçilərə qarşı istifadə olunur.

 

Onlayn ödənişə gəldikdə isə Almaniya Avropanın digər elektron ticarət bazarlarından fərqlənir. Bir çox alman mağazaları hələ də faktura ilə ödəməyə üstünlük verirlər, digər Avropa ölkələrindəki mağazalarda isə çox vaxt onlayn sifariş edərkən problemlər yaşana bilir.

 

Almaniyada geyim, aksesuar, ayaqqabı, dekor, kosmetika, vitaminlər, qida əlavələri, müxtəlif məişət avadanlıqları və s. məhsullar satan bir çox onlayn mağaza mövcuddur. Bu mağazalarda yüksək keyfiyyətli məhsullarla yanaşı, sərfəli qiymətlərlə qarşılaşmaq olar.

 

Almaniyanın Top-7 onlayn mağazaları hansılardır?

 

Amazon.de – məhsulların sabit qiymətləri olan və məhsul kateqoriyalarının siyahısına hətta ən qeyri-adi məhsulları da daxil edən bir mağazadır. Burada siz bütün kateqoriyalara aid məhsullar tapa bilərsiniz.

 

Otto.de – qadın, kişi və uşaq geyimlərinin, məişət əşyalarının, mebel və məişət texnikasının bütün çeşidlərini təqdim edən onlayn mağazadır.

 

Zalando.de – Almaniya bazarında ən məşhur ayaqqabı mağazalarından biridir və hazırda öz ərazisini digər Avropa ölkələrinə də genişləndirmək prosesindədir. Zalando hətta bir mağaza deyil, məhsul çeşidi ilə sadəcə heyran edən nəhəng bir ayaqqabı dünyasıdır.

 

Notebooksbilliger.de – burada siz münasib qiymətə noutbuk, planşet və digər elektron cihazları tapa bilərsiniz.

 

MediaMarkt.de – televizorlar, planşetlər, smartfonlar, video və audio cihazlar, oyun konsolları, qəhvə maşınları və bir çox digər məhsulları asanlıqla tapa biləcəyiniz onlayn mağazadır.

 

Lidl.de – Almaniyanın geniş profilli onlayn mağazasıdır. Geyim, ayaqqabı, aksesuar, qida, ev və bağ məhsulları və s. məhsulları burada tapmaq olar.

 

Bonprix.de – qadın və kişi geyimləri, sərfəli qiymətə ayaqqabılar və praktik uşaq geyimləri satılan onlayn platformadır.

 

Zamex-lə Almaniyadan sifariş edin.

 

Qeyd edilən bütün saytlardan istədiyiniz məhsulu sifariş edərək Zamex vasitəsilə Azərbaycana çatdırılmasını həyata keçirə bilərsiniz. Zamex yalnız Bakı və Abşeronda deyil, ölkəmizin bir çox bölgəsində fəaliyyət göstərir. Sürətli, zəmanətli və keyfiyyətli çatdırılması ilə müştəriləri üçün mükəmməl xidmət göstərir.