Sifariş et xidməti nədir, necə istifadə edilməlidir?

Sifariş et xidməti nədir, necə istifadə edilməlidir?
Kömək 10.05.2021

Əziz dostlar, sizə “Sifariş et” xidmətimiz və xidmətdən istifadə barədə məlumat verəcəyik. Hazırsınızsa ekrana yaxın əyləşin.

Əgər xarici saytdan sifariş etməklə bağlı çətinlik çəkirsinizsə və ya prosedurlar sizə çox qarışıq gəlirsə məhsulu sizin əvəzinizə biz sifariş edərik. Bunun üçün “sifariş et” xidmətimizdən istifadə etməlisiniz.
Xidmətdən istifadə etmək üçün
zamex.az saytında şəxsi kabinetinizə daxil olursunuz
“Sifariş et” butonuna klik edirsiniz
Açılan səhifədə, link bölməsinə xarici saytda almaq istədiyiniz məhsulun linkini
Məhsulun sayını
Məhsulun xarici saytda qiymətini
Əgər varsa xarici ölkədaxili karqonun qiymətini
Məhsulun rəngini və ölçüsünü qeyd edirsiniz.
Əgər məhsulla bağlı hər-hansı qeydiniz varsa bu məlumatı “qeyd” bölməsi vasitəsi ilə bizə bildirə bilərsiniz.
İkinci məhsul əlavə etmək üçün “yeni məhsul əlavə et” butonuna klik edərək o məhsulla bağlı məlumatları da daxil edirsiniz.


Sağ bölmədə siz məhsullarınızın yekun sayı və məhsul üçün ödəyəcəyiniz toplam məbləğlə tanış ola bilərsiniz. 
Əgər sifarişiniz təcilidirsə “təcili sifariş” butonuna klik edərək sifarişin təcili olduğunu bizə bildirə bilərsiniz. Təcili sifarişlər bizə xüsusi formada gəlməkdə və əməkdaşlarımız tərəfindən qısa zamanda icra olunmaqdadır.

Məhsullarla bağlı məlumatı daxil etdikdən sonra ya məhsulu səbətinizə ataraq sonra ödəyə, və ya “sifariş və daşınma qaydaları” ilə tanış olaraq birbaşa ödəniş mərhələsinə keçə bilərisiniz. 

“Sifariş et” xidmətimizdən istifadə zamanı ödəniş TL balansı üzərindən həyata keçirilir. Siz TL balansınızı əvvəlcədən artırıb sifariş et xidmətimizdən istifadə də edə bilərsiniz. Həmçinin balansınızı artırmadan sifarişlə bağlı məlumatları daxil etikdən sonra birbaşa məhsulların ödənişini edə bilərsiniz. Əgər sifariş məbləğiniz TL balansınızda mövcud olan məbləğdən çoxdursa sistem tərəfindən əksik olan məbləğin ödənişi üçün “ödəniş” səhifəsinə yönləndiriləcəksiniz.
Qeyd edək ki, “sifariş et” xidmətimizdən istifadə zamanı siz məhsulun qiymətindən asılı olaraq kiçik komissiya məbləği də ödəyirsiniz.

“Sifariş et” xidmətimiz barədə bu qədər. Əgər xarici saytdan alış-verişə vaxt və enerji itirmək istəmirsinizsə məhsulun linkini bizə göndərin biz sizin əvəzinizdən sifariş edək.
Zamex ilə sifarişləriniz daha operativ icra olunacaq.