Smart Customs qeydiyyat və bəyan etmək təlimat (video ilə)

Smart Customs qeydiyyat və bəyan etmək təlimat (video ilə)
Kömək 10.05.2021

Hərkəsə salam. Bugün sizə Smart Customs tətbiqində qeydiyyatdan keçmək və məhsul bəyan etmək haqqında danışacağıq. 
Hazırsınızsa ekrana yaxın əyləşin. 

Smart Customs qeydiyyatdan keçmək

İlk olaraq Smart Customs tətbiqində necə qeydiyyatdan keçəcəyiniz haqqında məlumat verək. 
Tətbiqin həm mobil həm də veb veriyası mövcuddur. Veb versiyadan istifadə etmək üçün e.customs.gov.az saytına daxil ola bilərsiniz. Qeydiyyat və bəyan etmə prosedurları mobil tətbiq və veb versiyada eyni olduğu üçün biz mobil tətbiq üzərindən izah edəcəyik. 
Mobil tətbiqi play store və ya app storedən yükləyirsiniz
Asan Login seçiminə klikləyirsiniz
Açılan səhifədə identifikasiya nömrəsi ilə olan bölməyə keçid edirsiniz
Növbəti səhifədə “Qeydiyyat” butonuna klik edirsiniz
Açılan səhifədə mobil nömrə ilə qeydiyyat bölməsinə klik edirsiniz. Qeyd etmək istərdik ki, mobil nömrə öz adınıza olmalıdır. Əgər öz adınıza mobil nömrə yoxdursa “Video qeydiyyat” bölməsinə klik edib müvafiq prosedurları keçərək qeydiyyatınızı tamamlaya bilərsiniz.
“Mobil nömrə ilə qeydiyyat” bölməsinə keçid etdikdən sonra yuxarı hissəyə vəsiqənizin FİN kodunu qeyd edirsiniz. Sağda yerləşən “info” butonuna klik edərək FİN kodun vəsiqənizin hansı bölməsində yerləşməsi ilə bağlı məlumat ala bilərsiniz.
Daha sonra adınıza ola mobil nömrənin prefiksini qeyd edərək mobil nömrənizi daxil edirsiniz. 
Mobil nömrənizə gələn təsdiq şifrəsini qeyd etdikdən sonra şifrə təyin edərək qeydiyyatınızı tamamlayırsınız. 

Smart Customs bəyan etmək qaydası

İndi isə Smart Customs tətbiqində bağlamanın bəyan edilməsi haqqında danışacağıq. 
Mobil tətbiqi açaraq şəxsi kabinetinizə daxil olursunuz.
“Sadələşdirilmiş bəyənnamə, elektron ticarət” bölməsinə keçid edirsiniz
“Yeni bəyənnamə” bölməsinə klik edirsiniz
Növbəti səhifədə şəxsi məlumatlarınızı təsdiqlədikdən sonra “növbəti” butonuna klik edirsiniz
İzləmə kodu (trackig ID) bölməsinə bağlamanın tarcking kodunu yazırsınız. Bağlamanın tracking kodunu Zamex şəxsi kabinetinizdə “Bağlamalarım” bölməsindən əldə edə bilərsiniz. 
Tracking kodu daxil etdikdən sonra “Poçt və Daşıyıcı şirkət”  bölməsinə “Zamex” qeyd edirsiniz, məhsulun göndərildiyi ölkəni qeyd edirsiniz, Satıcı mağazanı qeyd edərək “Növbəti” butonuna klik edirsiniz. 
Növbəti səhifədə siz “Əlavə et” butonuna klik edərək bağlama içərisində olan malların məlumatlarını daxil edirsiniz. 
Bura daxildir Malın daxil olduğu əsas qrup, Malın daxil olduğu alt qrup, Gömrük dəyəri  - bu bölməyə malın invoys qiyməti ilə daşınma xərcini toplayaraq yekun məbləği daxil edirsiniz.
Qeyd etdiyiniz məbləğin valyutasını qeyd edirsiniz
Miqdarını və ölçü vahidini də qeyd edib əlavə et butonuna klik edirsiniz
Əgər bağlama içərisində bir neçə fərqli kateqoriyadan məhsul varsa, məsələn ayaqqabı və şalvar. O zaman bəyənnaməni təsdiq etməzdən əvvəl “əlavə et” butonuna klik edərək o məhsul haqqında məlumatları da bəyənnaməyə əlavə edirsiniz. Unutmayın bəyənnamə hər bağlama üçün tərtib olunur. Yəni bağlama daxilndə olan bütün fərqi kateqoriya mallar o bəyənnamədə bəyan edilməlidir. 
Bütün məhsulları əlavə etdikdən sonra “Təsdiq et” butonuna klikləyərək bağlamanı gömrük orqanına bəyan edirsiniz.

Bağlamanız bəyan edildi! Hər-hansı sualınız olarsa bizə yazmaqdan və ya zəng etməkdən çəkinməyin. Böyük məmnuniyyətlə sizə köməklik göstərərik.

Siz də karqo xidmətlərimizdən yararlanmaq üçün saytımızdan Qeydiyyatdan keçə bilərsiniz.

Yuxarıda qeyd ediləm mətnlə bağlı detallı məlumatları video təlimatımızdan da əldə edə bilərsiniz.