Öncədən bəyan et xidməti və xidmətdən istifadə haqqında
Əziz dostlar, sizinlə “öncədən bəyan et” xidmətimiz və xidmətdən necə istifadə edilməsi haqqında danışacağıq.
Hazırsınızsa ekrana yaxın əyləşin.
Əgər xarici saytdan məhsulu özünüz sifariş etmisinizsə həmin məhsulu bizə “öncədən bəyan et” bölməmiz vasitəsi ilə bildirməlisiniz. Xarici anbarımıza sifariş edilib, lakin bizə bəyan edilməyən bağlamaların sahibinin müəyyən edilməsi və sistemə işlənməsi prossesi uzun olduğu üçün bağlamanızın yerli anbara göndərilməsi gecikə bilər. Bu halla qarşılaşmamaq üçün məhsulu özünüz sifariş etmisinizsə bunu bizə bəyan etməyiniz vacibdir.
Xidmətdən istifadə etmək üçün
Zamex.az saytında şəxsi kabinetinizə daxil olursunuz
“Öncədən bəyan et” butonuna klik edirsiniz
Açılan səhifədə bağlamanın tracking kodunu daxil edirsiniz.
Tracking kod satıcı mağaza tərəfindən sifariş etdiyiniz məhsul xarici ölkədə anbarımıza çatdırılması üçün karqoya verildikdən sonra təyin olunan unikal koddur. Əgər məhsulu karqoya verilmədən dərhal bəyan etmək istəyirsinizsə tracking kod bölməsinə sifariş nömrəsini də qeyd edə bilərsiniz. “Sifariş nömrəsi” sifarişiniz qəbul edildikdən satıcı mağaza tərəfindən sizə verilən unikal koddur.
Traking kodu daxil etdikdən sonra məhsulun kateqoriyasını
Satıcı mağazanın adını
İnvoys qiyməti bölməsinə isə məhsul üçün ödədiyiniz yekun məbləği daxil edirsiniz
“İnvoys faylı” bölməsinə isə mağaza tərəfindən sifariş karqoya verildikdən sizə invoys göndərilir. O faylı əlavə edirsiniz. Əgər bəyənnaməni sifarişiniz karqoya verilməzdən əvvəl doldurursunuzsa sifarişinizin təsdiqi səhifəsində məhsulların göründüyü bir screenshot faylını da bu bölməyə əlavə edə bilərsiniz.
Bəyənnamə ilə bağlı əlavə qeydiniz varsa bunu “əlavə qeyd” bölməsinə yazaraq bizə bildirə bilərsiniz.
Bütün məlumatları daxil etdikdən sonra “yadda saxla” butonuna klik edib prossesi yekunlaşdırırsınız. Bu qədər sadə.
Məhsul artıq bəyan olundu!
Bağlamanız xarici anbarımıza daxil olduqdan sonra sizə bu barədə bildiriş göndərəcəyik.