Amazondan sifariş et, Zamex çatdırsın

Amazondan sifariş et, Zamex çatdırsın
Kömək 30.11.2021

Amazon.com  ilk qurulmuş və ən böyük onlayn alış-veriş  saytıdır. Adını Amazon çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün Amazon qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlamışdır. Hal-hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır. Amazon-un alqı-satqını rahatlaşdırmaq üçün mağazaları mövcuddur. Sifarişçi istədiyi məhsulun sifarişini verir və bir neçə saat sonra məhsul mağazaya gəlir. Məhsul gəldikdən sonra müştəri gəlib həmin mağazadan öz məhsulu götürür.

Hazırda “Amazon.com” xidməti malların 34 kateqoriyasını əhatə edir: elektron kitablar, multimedia məhsulları, məişət elektronikası, uşaq oyuncaqları, qida məhsulları, idman malları və bir çox başqa məhsullar

 2011-ci il, 18 oktyabr tarixində "Amazon.com" ən məşhur komiks nəşriyyatlarından biri olan DC Comics ilə əməkdaşlığa başlayıb. Əldə olunmuş razılığa əsasən Amazon “Supermen”, “Betmen”, “Yaşıl Fənər”, “Qum adamı” daxil olmaqla ən məşhur komikslərin elektron versiyaları üzrə xüsusi hüquq əldə edib.

İnternet mağazasının saytında alıcılar alınmış mallar haqqında cavabları qoya və onları qiymətləndirə bilərlər. Bu da digər müştərilərə keyfiyyətli məhsulları seçməyə kömək edir.

Bundan əlavə, məhsul haqda ekspertlərdən məsləhət almaq mümkündür. Xəbərlərə abunə olan müştərilərə maraqlandıqları məhsullar barədə son informasiyaları mütəmadi olaraq göndərirlər. Amazon.com barədə ilkin məlumatları sizə təqdim etdik. Gəlin indi isə “Bu nəhəng alış-veriş saytından Azərbaycana necə sifariş edə bilərik?” sualı üzərindən irəliləyək.

 

Amazon-dan Zamexlə sifariş

 

Sifariş qaydası:
1. İlk növbədə Zamex.az saytında QEYDİYYATDAN keçməlisiniz.
2. Zamex.az saytında qeydiyyatdan keçdikdən sonra siz xarici ünvanlarımızı görə biləcəksiniz.
3. Üçüncü mərhələ olaraq Amazon.com saytında QEYDİYYATDAN keçməlisiniz.

 

Zamex sifarişlərinizi Amerikadan ən sərfəli tariflərlə, və sürətli bir şəkildə çatdırıb sizə təhvil verəcək. Elə indi qeydiyyatdan keçin.