Amerikadan idman ayaqqabıları sifarişi

Amerikadan idman ayaqqabıları sifarişi
Kömək 22.05.2023

Bəzi insanlar üçün idman ayaqqabıları böyük əhəmiyyət kəsb edir və onların evində ən azı 3-5 cüt idman ayaqqabısı olur. Hətta bəziləri ayaqqabılarının çoxluğuna görə onları ayrı bir otaqda saxlayır.

 

Kolleksiya həvəskarları da dünyada, eləcə də, Azərbaycanda az deyil. Müxtəlif brendlərin ayaqqabılarını və ya bir brendin bütün modellərini kolleksiya edirlər.

 

İdman ayaqqabıları yalnız idman etdiyimiz zaman deyil, gündəlik istifadə üçün də çox rahatdır.

 

Dünyada idman ayaqqabıları istehsal edən brendlər çoxdur. Lakin ən məşhur və keyfiyyəti ilə alıcılarının güvənini qazanan brendlərin əksəriyyəti Amerika brendləridir.

 

Niyə Amerikadan birbaşa sifariş etmək daha vacib və sərfəlidir?

 

Birbaşa istehsalçıdan alarkən, saxta mallarla mütləq qarşılaşmayacağınız vacibdir. Bir sıra istehsalçılar müxtəlif fabriklərdə müxtəlif ölkələr üçün eyni modelləri tikirlər.

 

Demək olar ki, hər ölkədə həmin brendlərin rəsmi dillerləri və distribyutorları mövcuddur. Amma ayaqqabını istehsalçının özündən almaq daha sərfəlidir.

 

Niyə?

 

Çünki distribyutor mağazalarında satılan brendlərin qiyməti, adətən, istehsalçının təqdim etdiyi qiymətdən 2-3 dəfə artıqdır. Bu isə brendin rəsmi saytından sifariş etməyi daha sərfəli edir. Həmçinin, saxta və keyfiyyətsiz məhsul əldə etmək riskini sıfıra endirir.

 

Bəs ən keyfiyyətli idman ayaqqabıları istehsal edən brendlər hansılardır?

 

Ən keyfiyyətli Amerika brendləri arasında Nike, New Balance, The North Face, Timberland, Columbia, Skechers kimi brendlər yer alır.

 

Nike - ayaqqabıları yüksək keyfiyyəti, gözəl dizaynı və münasib qiymətləri ilə seçilir. Bu brendin təqdim etdiyi ayaqqabı çeşidləri arasında idman zamanı və gündəlik istifadə edə biləcəyiniz ayaqqabılar mövcuddur.

 

New Balance – ABŞ-da istehsal gücünün 70%-ə qədərini saxlayan etibarlı bir brenddir. İstehsalçı yalnız kişi, qadın və uşaq idman ayaqqabılarını deyil, həm də idman geyimlərini təklif edir. Hər hansı bir xəttdən olan ayaqqabılar yüksək keyfiyyətlidir, hətta ən ucuz modellərinin də istifadəsi ən azı 3 il davam edə bilər.

 

The North Face - istehsalçı təkcə idman ayaqqabıları deyil, həm də keçid mövsüm, qış ayaqqabıları, həmçinin papaqlar, üst geyimlər və aksessuarlar təklif edir. İdman ayaqqabıları nəmə davamlı və nəfəs alan materiallardan hazırlanır.

 

Columbia - bu Amerika markası davamlılığı və sərfəli qiymətə seçilir. Kolleksiyaya şık görünüşə malik kişi, qadın və uşaq modelləri daxildir.

 

Timberland - sarı çəkmələri ilə tanınan bu Amerika brendi bu gün müştərilərə təkcə gündəlik və iş ayaqqabıları deyil, həm də idman ayaqqabıları təklif edir.

 

Skechers - çox sərfəli qiymətlərlə ayaqqabı təklif edən Amerika istehsalçısıdır. Bu çeşidə kişi, qadın və uşaq modelləri daxildir.

 

Amerikadan idman ayaqqabılarını “Zamex”lə sifariş etmək rahat və sərfəlidir.

 

“Zamex” vasitəsilə Amerikadan istənilən məhsulu sifariş edə və ən tez zamanda əldə edə bilərsiniz. Məhsullar həftədə 1 dəfə Amerikadan Azərbaycana yola salınır.