Amerikadan kitab sifarişi

Amerikadan kitab sifarişi
Kömək 17.04.2023

Kitab oxumaq cəmiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rol oynayır. Bütün bunlarla yanaşı, söz ehtiyatımızın artmasında da kitab oxumağın çox böyük əhəmiyyəti var. Daha çox kəlmə öyrənərək insan daha gözəl danışır, demək istədiklərini, duyğularını daha yaxşı ifadə edir. Həmçinin nitq qabiliyyətinin formalaşmasında da kitabların rolu əvəzsizdir. Gözəl nitq qabiliyyəti olan insan daha çox diqqəti cəlb edir və auditoriyanı daha yaxşı ələ ala bilir. 

 

Son zamanlarda kitabların qiymətində olan artımlar, xüsusən də xarici dildə olan kitabların baha qiymətə satılması bəzi oxucuların narazılığına səbəb olur. Kitabın insana verdiyi töhfələrin onun satış qiymətindən qat-qat üstün olduğunu nəzərə alsaq, həm kitab oxuyub, həm də büdcəyə qənaət etməyin ən rahat üsulu xarici kitab saytlarından onlayn sifarişdir.

 

İngilis dilində oxumağı sevənlər üçün Amerikadan kitab sifariş edə biləcəyiniz saytları təqdim edirik:

 

abebooks.com - 2008-ci ildən fəaliyyət göstərən bu sayt amazon.com-un törəməsidir. Saytda çoxlu sayda yeni və ikinci əl kitabların satışı həyata keçirilir. Bu kitabların arasında məşhur yazıçıların imzalı kitabları da mövcuddur. Burada dərslik kitabları, nadir tapılan kitablar, sənətlə bağlı kitablar da əldə edə bilərsiniz. Platforma çox zaman 50-60 % endirimlərlə oxucuları sevindirir.

 

walmart.com - Burada yalnız yeni kitablar satılır. Kitabların qiymətləri digər platformalara nisbətən sərfəli qiymətə olur.

 

ebay.com - Minlərlə yeni və ya ikinci əl kitabları aşağı qiymətə sifariş vermək üçün ən uyğun saytlardan biridir. Amerikadaxili kuryer xidməti burada pulsuzdur. Yeni kitab almaq istəyirsinizsə, bu platormanı nəzərdən keçirə bilərsiniz.

 

kidsbooks.com - Axtardığınız bütün kitabları yeni vəziyyətdə buradan tapa bilərsiniz. Burada 35 və 45 $-dan yuxarı sifarişlər üçün Amerikadaxili kuryer çatdırılması pulsuz ola bilir.

 

Amerikadan kitab sifariş verin, “Zamex” sərfəli qiymətə çatdırsın

Dəyərli müştərilərimiz, istədiyiniz vaxt yuxarıda qeyd olunan saytlardan kitab sifariş edərək “Zamex”in sərfəli çatdırılmasından yararlana bilərsiniz. Hər həftənin cümə günü Amerikadan bağlamaların Azərbaycana çatdırılması həyata keçiririk. Siz də elə indi Zamex.az saytından və ya mobil tətbiqimizdə qeydiyyatdan keçin, sərfəli və operativ alış-verişlərinizin dadını çıxarın!