Amerikadan qış geyimlərinin sifarişi

Amerikadan qış geyimlərinin sifarişi
Kömək 16.11.2022

Fəsillər dəyişdikcə yaş və cins fərqi olmadan hər kəs fəslə uyğun və dəbli geyinmək istəyir. Bununla yanaşı, hər hansı bir geyimi yüksək keyfiyyətə malik olması hər bir müştərinin öncəliyidir.

Bildiyiniz kimi, artıq qış fəslinin astanasındayıq. Budəfəki bloqumuzda sizə Amerikanın müxtəlif onlayn alış-veriş saytlarından sifariş edə biləcəyiniz qış geyimləri barədə məlumat verəcəyik. İstər qadın, istər kişi, istərsə də uşaqlar üçün Amerikanın bir neçə alış-veriş saytından qış geyimlərini onlayn şəkildə sifariş verə bilərsiniz. Bunlardan ən məşhurlarına misal olaraq Armani.com, Gap.com, 6pm.com kimi saytları göstərmək olar.

 

Armani.com – Dəbli geyinməyə üstünlük verənlərin seçimidir. Burada qadın və kişilər üçün müxtəlif tərzdə qış geyimləri mövcuddur. Bu saytdan istər klassik, istərsə də idman üslubunda müxtəlif üst geyimləri, şalvarlar, “sweatshirt”lər və s. tapmaq mümkündür.

 

Gap.com – Bu sayt müxtəlif tərzdə qış geyimi axtaranlar üçün ən ideal seçimlərdən biridir. Burada nəinki qadın və kişi, həmçinin, yeniyetmə və körpələr üçün də istənilən tərzdə qış geyimi almaq olar. Rəngarəng geyimlər axtaranlar yolunu bu alış-veriş saytından sala bilərlər.

 

6pm.com – Bu alış-veriş saytı da keyfiyyəti ilə seçilən qış geyimlərinin satışını həyata keçirir. Fərqli tərzdə geyinməyə üstünlük verənlər buradan istədikləri geyimləri tapa bilərlər.

 

Amerikadan sifariş etdiyiniz qış geyimlərinizi “Zamex”ə əmanət edin!

Amerika alış-veriş saytlarından sifariş etdiyiniz geyimlərin çatdırılmasını operativ karqo olan “Zamex”ə həvalə edə bilərsiniz. Nəzərinizə çatdıraq ki, hər həftənin cümə günü Amerikadan bağlamalar yerli anbara doğru yola düşür. Əgər sifariş etməyə vaxtınız yoxdursa və ya necə sifariş edəcəyinizi bilmirsinizsə, sifarişlərinizi ertələmədən “Sifariş et” xidmətimizdən istifadə edə bilərsiniz.  Bu zaman Amerika saytlarından almaq istədiyiniz istədiyiniz məhsulun linkini “Mənim üçün sifariş et” bölməsinə yerləşdirməyiniz kifayətdir. Belə ki, “Zamex” mobil tətbiqi və ya Zamex.az saytı vasitəsi ilə qeydiyyatdan keçin, Amerikanın istənilən onlayn alış-veriş saytından qış geyimlərini sifariş edin, 2.49 $-dan başlayan tariflərlə çatdıraq!