Ən Ucuz Karqo Şirkəti Necə Seçilməlidir?

Ən Ucuz Karqo Şirkəti Necə Seçilməlidir?
Kömək 31.03.2023

Karqo şirkətləri hazırki dövrdə aktualdır. Karqo sektoru hər kəsin üstünlük verdiyi və istifadə etdiyi bir sahəyə çevrilib. Belə bir vəziyyətdə ən ucuz karqo şirkəti seçilməsi daha da önə çıxır.

Xüsusilə onlayn alış-verişin daha da artdığı bu vaxtda karqo sektoru mühüm bir mövqeyə yüksəlmişdir. Artıq hər kəs alış-verişini onlayn edir. Onlayn alış-veriş vasitəsilə ağlımıza gələn demək olar ki, hər bir ehtiyacımızı yerinə yetiririk.

Bütün bu səbəblərdən indi həyatımızın bir parçası olan karqo şirkətləri günü-gündən artmaqdadır. Bu bloqumuzda ən ucuz karqo şirkəti seçimi haqqında danışacağıq. Xüsusilə, hər kəsi maraqlandıran ən ucuz karqo şirkəti seçərkən nələrə diqqət etməyin lazım olduğu haqqında məlumatları da əlavə etmişik.

Ən Ucuz Karqo Şirkətini Nə Üçün Seçməlisiniz?

Müxtəlif tələbatlara görə karqo şirkəti seçərkən həm xərclərə qənaət etmək baxımından, həm məhsulların tez və vaxtında əldə etməyə görə karqo şirkəti seçimində diqqət edilməli olan məqamlar var. Aşağıdakıları nəzərə alaraq ən ucuz karqo şirkəti seçərkən diqqətə almalıyıq:

1. Daha Az Xərc

Karqo xidmətlərindən istifadə edərkən daha çox diqqət etdiyimiz nüans təbii ki, xərclədiyimiz məbləğdir. Daimi olaraq karqo xidmətlərindən istifadə edən şəxslər xərclərə qənaət etmək üçün daha uyğun qiymətlərlə çatdırılma xidməti təklif edən karqo şirkətini seçməlidirlər.

2. Punktuallıq

Daşınma xərclərini çox zaman əsas amil kimi götürsək də, bağlamaların vaxtında çatdırılması, müştəri əlaqə şöbəsinin yarana biləcək problemləri vaxtında həll edə bilməsi də önəmlidir. Çünki, müştərilərə və daşınma xidmətlərinə qarşı punktuallıq olmadıqda, xərclərə qənaət etməyin də bir mənası qalmır.

Ən Ucuz Karqo Şirkətini Necə Seçmək Lazımdır?

Ən ucuz karqo şirkətini seçərkən bir az araşdırma etmək kifayət edir. Müxtəlif ölkələrdən çatdırılma tariflərini analiz etmək və karqo şirkətlərinin tətbiq etdiyi xüsusi kampaniyalardan faydalanmaq lazımdır.

Qiymət Tarifləri

Ən ucuz karqo şirkəti seçərkən ilk başda qiymət tariflərini nəzərdən keçirmək lazımdır. Demək olar ki, karqo şirkətlərinin hər biri daşınma tariflərini göstərən qiymət cədvəllərini veb saytlarında gösətirib. Ən çox sifariş olunan ölklər üzrə daşınma qiymətlərini müqayisə edərək ən ucuz karqo şirkəti seçimini etmək asan olacaq.

Endirimlərdən İstifadə Etmək

Karqo şirkətləri müxtəlif endirimlər tətbiq edə bilirlər. Bu endirimlərdən faydalanaraq daha ucuz qiymətlərə karqo xidmətlərindən faydalanmaq mümkündür. Əlavə olaraq, müəyyən dövrlər üzrə (məs: bayramlarda) karqo şirkətlərinin keçirdiyi xüsusi kampaniyalardan da faydalanmaq mümkündür. Bunun üçün mütəmaid olaraq karqo şirkətlərinin xəbərlər və yeniliklər bölməsinin izlənməsi vacibdir.

Ən Ucuz Karq Şirkəti Seçən Zaman Nələri Nəzərə Almalısınız?

Qiymət tariflərini nəzərdən keçirdikdən sonra nəzərə alınmalı digər nüanslara da diqqət etmək lazımdır: Çatdırılma Müddəti, Bağlamaların İzləmə Prosesi, Müştəri Xidmətləri, İadə Xidməti, Kuryer Xidməti kimi əlavə xidmətlərin olması lazımdır.

Çatdırılma Müddəti

Bağlamaların çatdırılma müddətinin stabil və qısa olması ən ucuz karqo şirkəti seçərkən mütləq nəzərə alınmalı nüansıardan biridir. Mütəmadi olaraq bağlamaların göndərilməsi zamanı gecikmələr yaşanan karqo şirkətlərindən uzaq durmaq lazımdır. Bağlamaların gec göndərilməsi və ya gec aralıqlarla göndərilməsi, bu xidmətdən istifadə edən şəxslər üçün problem yarada bilər.

Bağlamaların İzləmə Prosesi

Bağlamaların hansı statusta olmasını izləmək imkanının olması istifadəçilər üçün vacibdir. İzləmə statusunun olması və bağlamalar haqqında yenilənmələri bildiriş və ya mobil tətbiqlə göstərə bilən karqo şirkəti seçməklə, mütəmadi olaraq bağlamanız haqqında məlumatlı ola biləcəksiniz.

Müştəri Xidmətləri

Müştəri xidmətlərinin yüksək səviyyədə təşkil edilməsi, bağlamaların çatdırılma prosesində ciddi fərq yarada bilər. Yaranan problemləri sürətli şəkildə və dəqiqliklə həll edə bilən müştəri xidmətlərinə sahib karqo şirkəti seçmək vacibdir.

İadə Xidməti

Bağlamalar yanlış olarsa və ya hansı bir problem yaşanarsa, iadə xidmətindən istifadə etməklə bağlamaları geri göndərmək lazım gəlir. Bu halda iadə xidməti təklif edən karqo şirkətinin seçilməsi vacibdir.

Kuryer Xidməti

Bağlamaların məntəqə və ya filiala çatdıqdan sonra ünvana göndərilməsi xidmətinin olması bəzən və ya tez-tez hallarda üstünlük təşkil edir. Əlavə vaxtın olmaması və ya məntəqə / filiallardan bağlamaların əldə edilə bilməməsi hallarında kuryer xidmətindən istifadə etmək lazım gəlir. Bu səbəbdən də ən ucuz karqo şirkəti seçərkən, həm də kuryer xidmətinin olması da vacibdir.

Nəticə

Ən ucuz karqo şirkəti seçən zaman həm çatdırılma qiymətlərini, həm də endirim və kampaniyaları müqayisə etmək lazımdır. Filial və məntəqələrin əlverişli yerdə olması, çatdırılma müddətinin vaxtı-vaxtında olması, bağlamaların izləmə statusunun olması, müştəri xidmətlərinin yüksək səviyyədə olması, kuryer xidmətinin və iadə xidmətinin olması amillərini nəzərə almaq vacibdir. Bütün bunları araşdıraraq, ZAMEX-in digər karqolardan fərqləndiyini görə biləcəksiniz. Elə indi siz də qeydiyyatdan keçin və peşəkar çatdırılma xidmətindən faydalanın.

Bloq yazıldı: elvinpasha.com