Azərbaycanın bölgələrinə karqo çatdırılması xidməti

Azərbaycanın bölgələrinə karqo çatdırılması xidməti
Kömək 17.04.2023

Son illərdə hər kəsdə xaricdən məhsulların alınmasına maraq çox artdığı üçün daşıma ilə məşğul olan şirkətlərin sayı da getdikcə artır. Belə ki, internet yaşadığı yerdən asılı olmadan hər kəsə müxtəlif ölkələri virtual gəzmə imkanı verdiyi kimi, karqo şirkətləri sayəsində də onlar həmin ölkələrdən istədikləri kimi alış-veriş etmə imkanı əldə edirlər. Hamıya məlumdur ki, paytaxt Bakıda yaşayan sakinlərin əksəriyyəti xaricdən məhsul alış-verişini adət halına gətirib. Bəs bölgələrdə yaşayanlar xaricdən rahatlıqla sifariş edə bilərlərmi?

 

Nəzərinizə çatdıraq ki, daim müştərilərin rahatlığını düşünən “Zamex” baş ofisi Nəriman Nərimanovda olmaqla, Qara Qarayev, Həzi Aslanov, Binə, Sumqayıt və Gəncədə fəaliyyət göstərən filiallarla yanaşı, müştərilərin harada yaşamasından asılı olmayaraq Azərbaycanın müxtəlif şəhər, rayon, kənd və qəsəbələrində yerləşən 40-a yaxın təhvil məntəqələri ilə onların rahatlığını təmin etmək üçün bölgələrə karqo çatdırılması xidmətini həyata keçirir.  Bu xidmət vasitəsilə müştərilər sifariş etdikləri bağlamaları yaşadıqları ünvandan ayrılmadan özlərinə ən yaxın məntəqədən təhvil ala bilərlər.

 

Bağlamaların təhlükəsiz daşınması 

“Zamex” ilə xarici saytlardan alınmış məhsullar təhlükəsiz şəraitdə çatdırılır. Bağlamalarınız çatdırılma zamanı öncə xarici anbarda, daha sonra Azərbaycandakı anbarlarda toplanır və çeşidlənir. Çeşidlənmiş bağlamalar ünvanlara uyğun olaraq istiqamətlənir. Son olaraq bağlamanız təhvil-təslim nöqtəsində təslim edilməsi üçün sizi gözləyir. 

 

“Zamex” sifarişlərinizi bölgələrə operativ çatdırır

“Zamex” ilə Almaniya, Amerika və Türkiyədən verdiyiniz sifarişlərin Azərbaycanın bütün bölgələrində çatdırılması mümkündür. Ölkənin dörd bir yanında fəaliyyət göstərən  “Zamex” daim müştərilərinin rahatlığı üçün çalışır. Bütün bunlardan əlavə, dəbli geyinməyi həyat tərzinə çevirən, lakin  “vaxtım yoxdur” deyib sifarişlərini təxirə salan müştərilərimizi də yalnız buraxmırıq! “Zamex”in “Sifariş et” xidməti bunun üçün 7/24 xidmətinizdədir. Odur ki, istər Almaniya, istər Amerika, istərsə də Türkiyə alış-veriş saytlarından sifariş etdiyiniz məhsulların operativ şəkildə çatdırılmasını istəyirsinizsə, elə indi mobil tətbiq və ya saytımız vasitəsilə qeydiyyatdan keçin, siz də “Zamex” müştərisi olun.