Azərbaycanın bölgələrində karqo xidməti

Azərbaycanın bölgələrində karqo xidməti
Kömək 31.05.2023

Azərbaycanda karqo xidməti göstərən bir çox karqo şirkəti mövcuddur. Lakin bu karqo şirkətlərinin əksəriyyəti yalnız Bakı şəhərində fəaliyyət göstərməkdədir. Bəzi şirkətlər həm Bakı, həm də bir neçə böyük şəhərdə fəaliyyət göstərir.

 

Keyfiyyətli, sürətli və zəmanətli danşınması ilə hər zaman fərqlənən, müştərilərinə yüksək səviyyədə xidmət göstərən “Zamex” isə demək olar ki, ölkəmizin bütün bölgələrində fəaliyyət göstərir. Türkiyə, Amerika və Almaniyadan verilən sifarişləri həm Bakı, həm də digər bölgələrdə yerləşən məntəqələrindən öz müştərilərinə ən tez vaxt aralığında çatdırır. Müştəri məmnuniyyətini hər şeydən üstün tutaraq, keyfiyyətə daim nəzarət edir.

 

Ümumilikdə 60-dan çox təhvil məntəqəsi olan “Zamex” paytaxt Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Qəbələ, Quba, Qusar, Oğuz, Ucar, Biləsuvar, Şəki, Bərdə, Tovuz, Qazax, Şamaxı, Balakən, İsmayıllı, Qax, Zaqatala, İmişli, Xaçmaz, Siyəzən, Astara, Lənkəran, Masallı, Cəlilabad, Kürdəmir, Mingəçevir, Şirvan, Göyçay, Şəmkir, Ağsu, Saatlı, Salyan, Yevlax, Şabran şəhər və rayonlarında fəaliyyət göstərməkdədir.

 

Bundan əlavə, kuryer xidməti də daim aktivdir. Bu xidmətdən yararlanaraq, təhvil məntəqəsindən kənarda, yəni qeyd edilən ünvandan sifariş verilən məhsulu əldə etmək imkanı təqdim olunur.

 

Lakin şirkət bununla kifayətlənmir. Əgər sizin yaşadığınız şəhər və ya rayonda “Zamex”in təhvil məntəqəsi yoxdursa, şirkət poçt vasitəsilə bağlamanızı yaşadığınız bölgəyə göndərir. Bu da o deməkdir ki, “Zamex” müştərilərinin rahatlığı üçün hər cür şərait yaradır.

 

Qısaca desək, Azərbaycanın istənilən bölgəsindən “Zamex” vasitəsilə Türkiyə, Amerika və Almaniyadan istədiyiniz məhsulu sifariş etmək mümkündür.