Bölgələrdə “Qrama-qram” tarifi

Bölgələrdə “Qrama-qram” tarifi
Kömək 30.06.2023

Xarici ölkədən məhsul sifariş edərkən karqo şirkətinin təyin etdiyi standart qiymət tarifləri ilə uyğunlaşmalı oluruq. Lakin bu qiymətlər həmişə sərfəli olmaya bilər. Çünki standart qiymət tarifi müəyyən çəki aralığı üçün keçərli olur.

Bu da çatdırılma xidmətindən yararlanmaq istəyən şəxsin bir neçə qrama görə çəki aralığının tarif qiymətini tam şəkildə ödəməyə məcbur edən bir prosesdir. Halbuki 1 kq. üçün təyin olunan bir tarif olarsa, qiyməti qrama bölərək hər qram üçün ödəniş etmək daha sərfəli ola bilər.

Məsələn, karqo şirkətlərinin standart qiymət tarifləri adətən 0.10 kq-dan 0.25 kq-dək, 0,25 kq-dan 0,5 kq-dək, 0,5 kq-dan 0.75 kq-dək, 0.75 kq-dan 1 kq-dək, 1 kq-dan yuxarı və s. çəki aralıqları üçün təyin olunur. Bəzi hallarda çəki aralığının minimum həddindən bir neçə qram (məsələn, 10, 20, 50 və s. qram) ağır olduqda biz həmin çəki aralığı üçün təyin olunan qiyməti ödəməli oluruq.

Türkiyədən edilən sifarişlərin çatdırılması zamanı “Qrama-qram” tarifi ilə isə əlavə məbləğ ödəməyə ehtiyac qalmır. Türkiyədən sifariş verdiyiniz 1 qramdan 1 kiloqrama qədər çəki aralığındakı bütün bağlamaların daşınma haqqı yükün xalis çəkisinə görə qiyməti hesablanır.

Zamex bölgələrdə “Qrama-qram” tarifini aktiv olaraq saxlayır. Tarif çərçivəsində hesablanma qaydası isə çox rahatdır. Daşınmalar zamanı bağlamaların fiziki çəkisi 6$-a vurulmaqla qiymət qrama-qram hesablanır.

Qısaca desək, Zamex Türkiyə sifarişlərinizin daşınmasını bu tarif vasitəsilə daha sərfəli və rahat edir.

Keyfiyyəti, sürətli və zəmanətli çatdırılması ilə müştərilərini daim sevindirən Zamex öz müştərilərinin məmnuniyyətini hər şeydən üstün tutaraq sizin yaxın və etibarlı dostunuza çevrilir.

Bundan əlavə, Zamex Amerika və Almaniyadan da çatdırılmanı həyata keçirir. Türkiyədən olduğu ki, Amerika və Almaniya sifarişləri də çox sürətli və keyfiyyətli şəkildə həm Bakı və Abşeron ərazisinə, həm də Azərbaycanın digər bölgələrinə çatdırılma xidmətini həyata keçirir.

Türkiyə, Amerika və Almaniya sifarişlərinizi Zamex-ə əmanət edin, alış-verişdən zövq alın.