Çimərlik aksesuarlarının, günəş kremləri və spreylərinin sifarişi

Çimərlik aksesuarlarının, günəş kremləri və spreylərinin sifarişi
Kömək 02.08.2023

Günəş vannası qəbul etməyi hamımız sevirik. Amma qorunmadan günəş vannası qəbul etməyi planlaşdırırsınızsa, bunu etməklə dərinizə və sağlamlığınıza çox zərər verə bilərsiniz. Dərini zərərli günəş şüalarından qorumağı unutmaq olmaz. Bunun üçün günəş kremləri və spreylərdən istifadə etmək mütləqdir.

 

Günəş kremlərinin növləri və çeşidləri çoxdur. Günəş şüalarına qarşı üz və bədən üçün krem və spreylərini, günəş vannası qəbul etmək üçün üz və bədən üçün krem və spreylərini Türkiyə, Amerika və Almaniyanın böyük onlayn alış-veriş platformalarında tapmaq mümkündür. Həm yüksək keyfiyyəti, həm də sərfəli qiymətləri ilə müxtəlif brendlərin krem və spreylərini əldə etmək olar.

 

Çimərliyə gedərkən kremdən əlavə, günvurmadan qorunmaq üçün özünüzlə çimərlik çətiri götürmək də çox vacibdir. Çətir nəinki birbaşa günəş şüalarından sizi xilas edəcək, həmçinin kölgədə rahatlıqla kitab oxumaq, yemək yemək, içkilərin sərin qalması üçün imkan yaradacaq.

 

Sərin içkilər demişkən, içkilərin isinməyinin qarşısını almaq üçün çimərliyə termo çanta ilə getmək də yaxşı fikirdir. Bununla siz evdə hazırladığınız və ya mağazadan aldığınız içkilərin sərin qalmasını təmin edə bilərsiniz. Qarpızı, yemiş və digər meyvələri sərin yeməyi sevənlər üçün termo çantalar ən ideal variantdır.

 

Bir çox hallarda çimərliyə ailəmizlə gedirik və həyatımızın ən gözəl varlıqları – uşaqlarımız yanımızda olur. Onlar dəniz suyuna girərək, qumdan ev düzəldərək, müxtəlif oyunlar oynayaraq əylənməyi çox sevirlər. Uşaqlarımızın əyləncəsini daha maraqlı etmək üçün isə toplar, şişmə halqalar, şişmə qolluqlar, oyuncaq vedrə və kürək götürməliyik.

 

Çimərlikdə ən çox istifadə olunan ləvazimatların siyahısına əlbəttə ki, tərliklər, eynəklər, şnorkel və maskalar, sukeçirməyən smartfon üzlükləri və digər aksesuarlar da daxildir. Xüsusən də, siz suyun dibinə enməyi və orada çəkiliş etməyi sevirsinizsə, özünüzlə şnorkel, maska və smartfon üçün sukeçirməyən üzlük götürməlisiniz.

 

Hər şeydən danışdıq, amma bütün bu ləvazimatları nə ilə daşıyacağımızdan danışmadıq. Əlbəttə ki, bütün bunların rahat daşınması üçün çimərlik çantasının olmağı mütləqdir.

 

“Trendyol” və “Amazon” bu aksesuarları sərfəli qiymətə əldə edə biləcəyiniz ən böyük platformalardır. Burada siz bütün çimərlik ləvazimatlarını ala və karqo şirkəti vasitəsilə çatıdırlmasını sifariş edə bilərsiniz.

 

Bəs hansı karqo şirkəti ilə çatdırılma daha sürətli və sərfəlidir?

 

Zamex vasitəsilə istər Türkiyə, istərsə də Amerika və Almaniyadan istədiyiniz günəş kremi və ya spreylərini, müxtəlif aksesuarları və ləvazimatları asan və rahat şəkildə sifariş edə bilərsiniz. Türkiyədən 2-4 iş günü, Amerika və Almaniyadan isə 5-7 iş günü ərzində bağlamanız qeyd etdiyiniz anbarda olacaq. Zamex hər zaman sizin rahatlığınızı düşünür.