Daşınması qadağan olan məhsullar hansılardır?

Daşınması qadağan olan məhsullar hansılardır?
Kömək 24.01.2022

Bildiyimiz kimi, onlayn alış-veriş vərdişi bütün dünyanı bürüyərək hər kəsin həyatında böyük yerə sahib olmuşdur. Artıq məşhur markaların onlayn alış-veriş platformalarından gündəlik geyimlərdən tutmuş toy libaslarına qədər minlərlə məhsulu  Türkiyə və Amerikadan onlayn alış-veriş edərək əldə etmək imkanına sahibsiniz. Siz yalnız geyim deyil, eyni zamanda elektronika avadanlıqları, ayaqqabı, aksesuar, kosmetika və eviniz üçün müxtəlif dekorativ məhsulları onlayn sifariş edərək əldə edə bilərsiniz. Lakin bəzi məhsullar var ki, onları Azərbaycana gətirmək qeyri-mümkün və imkansızdır.

AR (Azərbaycan Respublikası) ərazisinə gətirilməsi qadağan olunan məhsulların siyahısını sizə təqdim edirik:

 

  • Canlı heyvanlar,bitkilər.
  • Dini kitablar o cümlədən Quran.
  • Partlayıcı, tez-alışan (quru şampun,dezodarant ) və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar;
  • Müxtəlif növ batareyalar, powerbank-lar.
  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
  • Pornoqrafik əşyalar (18+ alətlər), əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
  • Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
  • Akkumulyatorlar.
  • Mühərriklər.
  • Hover Board skuterlər.
  • Maşın yağları və maşın yağının olduğu bütün mallar.
  • Hava nəqliyyatı vasitəsilə daşınması qadağan olunan əşyalar.
  • Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
  • Türkiyədən litium batareyalar və litium batareyalara sahib texnikalar.
  • Odlu silah, silah hissələri və ya aksesuarları, optik nişan, optik binokl və döyüş üçün nəzərdə tutulan əşyaların idxalına icazə yoxdur.

 

 

Daşınması qadağan olunan məhsullar istisna olmaqla almaq istədiyiniz digər məhsulları  sürətli və etibarlı karqo şirkəti  Zamex vasitəsilə yalnız Türkiyədən deyil, Amerikanın məhşur onlayn alış-veriş platformalarından da sifariş edə bilərsiniz. Sizlər üçün daim yeni təklif irəli sürən Zamex karqo şirkəti müştərilərinin rahatlığı üçün xidmət göstərməkdə davam edir. Elə indi Zamex-dən qeydiyyatdan keçin, Amerikadan alış-veriş zövqünü bizimlə yaşayın.