Gəncədə karqo şirkəti

Gəncədə karqo şirkəti
Kömək 30.04.2023

Bildiyiniz kimi, “Zamex” ölkənin dörd bir yanında filial və məntəqələri ilə fəaliyyət göstərərək müştərilərini daim sevindirməyə can atır. Burada məqsəd ondan ibarətdir ki, müştərilər sifariş etdikləri bağlamaları yaşadıqları ünvandan ayrılmadan özlərinə ən yaxın filial və ya məntəqədən təhvil ala bilsinlər. Belə filiallarımızdan biri də Gəncədə yerləşir. Belə ki, Gəncə sakinləri heç bir vaxt itirmədən birbaşa Gəncə filialımızdan öz bağlamalarını rahatlıqla təhvil ala bilərlər.

 

Almaniya, Amerika və Türkiyədən Gəncəyə çatdırılma

“Zamex” Almaniya, Amerika və Türkiyənin alış-veriş saytlarından verilən sifarişlərin Gəncəyə operativ çatdırılmasını həyata keçirir. Bunun üçün müştərilərin etməli olduğu tək şey Zamex.az mobil saytında və ya  “Zamex” mobil tətbiqində “Filial” bölməsindən müvafiq filial və məntəqəni seçməkdir.

 

Gəncəyə təhlükəsiz çatdırılma

“Zamex” xarici saytlardan alınmış məhsulların təhlükəsiz şəraitdə Gəncəyə çatdırılmasını həyata keçirir. Bağlamalarınız çatdırılma zamanı öncə xarici anbarda, daha sonra Azərbaycandakı anbarlarda toplanır və çeşidlənir. Son olaraq bağlamanız təslim edilməsi üçün sizi gözləyir. 

 

“Zamex” sifarişlərinizi bölgələrə operativ çatdırır

“Zamex” ilə Almaniya, Amerika və Türkiyədən verdiyiniz sifarişlərin Azərbaycanın bütün bölgələrində çatdırılması mümkündür. Ölkənin dörd bir yanında fəaliyyət göstərən  “Zamex” daim müştərilərinin rahatlığı üçün çalışır. Odur ki, istər Almaniya, istər Amerika, istərsə də Türkiyə alış-veriş saytlarından sifariş etdiyiniz məhsulların operativ şəkildə çatdırılmasını istəyirsinizsə, elə indi mobil tətbiq və ya saytımız vasitəsilə qeydiyyatdan keçin, siz də “Zamex” müştərisi olun.