Heyvanlar da hədiyyəyə layiqdir!

Heyvanlar da hədiyyəyə layiqdir!
Kömək 01.03.2022

Yaradılışımızdan bu yana dünyanı və təbiəti bölüşdüyümüz heyvanlar, insanların dostu olmaqla yanaşı, varolma səbəblərimizdən biridir. Təəssüf ki, insanlar heyvanlara zövq və ya digər müxtəlif səbəblərdən dolayı zərər yetirir. Lakin, onları daima sevmək, qorumaq və zərər yetirməmək, bizim borcumuzdur. Çünki, yer üzündəki bütün canlıların bir-birilərinə ehtiyacı vardır.

Lakin, günümüzdə heyvanlara daha çox sevgi göstərilərək, onların haqqları da tərtib edilməkdədir. Sadəcə ev heyvanları deyil, küçədə yaşayan heyvanlar üçün də, diqqət və qayğı göstərilməkdədir. Onlar bizə mərhəmət hissini aşılamaqla yanaşı, göstərilən bütün sevgi və qayğının hər zərrəsinə layiqdirlər.

 

Kiçik dostlarımıza nə hədiyyə edə bilərik?

Bu dəfəki bloqumuzun mövzusu isə, kiçik dostlarımıza ala biləcəyiniz heyvan məhsullarının sifarişi haqqındadır. Onların komfortunu və təhlükəsizliyini düşünərək istehsal olunan kiçik yuvalar, yem qabları, fərqli oyuncaqlar, daşıma çantaları, tük toplama alətləri, qoruyucu yeləklər və s. kimi məhsulları misal göstərmək olar. Hər biri müəyyən funksiyanı həyata keçirən bu məhsulların istifadəsi, heyvanların rahatlığını kifayət qədər təmin edir. Onlara bu məhsulları aldığımızda, göstərdiyimiz sevgi və qayğımızı hiss edirlər. 

 

Ev üçün olan kiçik yuvalar

Ev heyvanlarının bir çoxu, gün ərzində vaxtlarını bu kiçik yuvalarda keçirirlər. Bu səbəbdən də, kiçik yuvalar yumşaq materialdan hazırlanaraq, onların komfortunu təmin edir. Cathouse, Nerotex və s. bu kimi heyvanlar üçün qurulan markalardan, istənilən zövqə və materiala sahib kiçik yuvaları tapmaq mümkündür. Əsasən, yumşaq materialdan hazırlanan bu məhsulun, açıq hava məkanlarında da istifadəsi üçün, taxtadan da istehsalı mümkündür.

 

Daşıma çantaları

Bu məhsul, ev heyvanlarının evdən başqa məkana aparılması üçün istifadə olunur. Qatar, avtobus və s. kimi ictimai nəqliyyat vasitələrində istifadəsi üçün əvəzedilməzdir. Ön hissəsinin şəffaf material və xüsusi dəliklərlə hazırlanması, görmə və nəfəsalmanı təmin edir. Maksimum 7 kq-a qədər ağırlığı daşıya bilən bu çantaların, istənilən rəng və formada sifarişi mümkündür.

 

Tük toplama rulonları

Ev heyvanlarının yaşadığı məkanda, hər zaman tük və tozlara rast gəlinir. Bu halın qarşısını almaq məqsədilə, istifadə olunan tük toplama məhsulunun effektivliyi gözlə görünəndir. Davamlı olaraq, tətbiq olunduğunda, məhsul həm ev, həm də ev heyvanının təmizliyini təmin edir. Əlverişliliyi ilə seçilən bu məhsulun sifarişi, son zamanlarda üstünlük təşkil edir.

 

Qoruyucu yeləklər

Bəzən heyvanların ani hərəkəti, özlərinə və ya ətrafdakılara təhlükə yarada bilər. Bu təhlükələrin qarşısını almaq məqsədilə, qoruyucu yelək və tasmalardan istifadə olunur. Keyfiyyətli materialdan hazırlanan və hər rəngə, zövqə uyğun qoruyucu yeləkləri, Zamex vasitəsilə əldə etmək mümkündür.

 

Sifarişlərinizi Zamex-lə sərfəli və sürətli edin!

Heyvan dostlarımızın istifadə etməsi üçün istehsal olunan bütün bu və digər məhsulların sifarişi Zamexlə daha sərfəli və sürətli olur. Büdcənizə və vaxtınıza qənaət etmək istəyirsinizsə, Zamex sizin bu istəyinizi həyata keçirmək üçündür.

Zamex, kiçik dostlarımıza sevgi və qayğını göstərmənizi və sifarişlərinizi etibarlı şəkildə əldə etmənizi təmin edəcəkdir. Elə isə, Zamex.az saytından qeydiyyatdan keçməyə tələsin.