Karqo ilə daşınmanın üstünlükləri

Karqo ilə daşınmanın üstünlükləri
Kömək 26.05.2023

Artıq hər kəsə məlumdur ki, çatdırılma növləri və onların üstünlükləri çoxdur. Bu gün sizə karqo şirkəti vasitəsilə məhsul sifariş etməyin üstünlüklərindən danışacağıq.

 

Məlum məsələdir ki, hər ölkədə, hər şəhərdə pərakəndə və topdan satış edən mağazalar və ya digər satış nöqtələri mövcuddur. Lakin bəzi hallarda istədiyimiz məhsulu tapmaqda çətinlik çəkirik. Hətta tapdıqdan sonra, həmin məhsulun qiyməti bizi qane etmir, çünki istehsalçının özü həmin məhsulu daha ucuz satır.

 

Bu zaman həmin məhsulu əldə etmək üçün ən maraqlı üsul xaricdən, yəni istehsalçıların özündən almaqdır.

 

Bunu etməyin ən təhlükəsiz və sərfəli yolu hansıdır?

 

Əlbəttə ki, karqo şirkətləri vasitəsilə. Belə daşımaların köməyi ilə biz artıq xarici bazarlarda sınaqdan keçirilmiş unikal məhsulları tapa bilir və həmin məhsulları sürətli və sərfəli qiymətə daşınma yolu ilə əldə edə bilirik.

 

Həmçinin, xarici ölkələrdən poçt və ya birbaşa çatdırılma yolu ilə sifariş verərkən, bəzi problemlərlə qarşılaşa bilirik:

 

  1. Səhv çatıdırılma. Bəzi hallarda məhsul ya səhv gəlir, ya da ümumiyyətlə təyinat nöqtəsinə çatmır. Bu, əhəmiyyətli problemdir, çünki bölgənizdəki təchizatçılardan sifariş verərkən hər şeyi fərdi olaraq yoxlamaq mümkündür. Hər hansı bir problem yaranarsa, dərhal həll edilə bilər. Amma xaricdən sifariş verərkən, məhsulu yoxlayıb almaq qeyri-mümkündür.
  2. Məhsul müsadirəsi. Bu, malları tamamilə almadığımız bir vəziyyətdir. Gömrükdən keçərkən, məhsulun bir hissəsi müsadirəyə uğraya bilər.
  3. Çatdırılma gecikir. Obyektiv səbəblərə görə biz buna müdaxilə edə bilmirik. Daşınma prosesi günlərdən həftələrə, həftələrdən aylara qədər uzana bilər.

 

Karqo vasitəsilə daşınma edərkən bu problemlərlə üzləşmə riski minimuma enir. Bunun üçün ilk növbədə araşdırma yolu ilə sınaqdan keçmiş, reytinqi yüksək olan sürətli daşınma edən karqo şirkəti tapmaq mütləqdir.

 

Karqo daşınmaları poçtla daşınmadan daha etibarlıdır. Çünki daşınan mallar sığortalanır. Əlavə olaraq, biz tədarükçünü və konkret çatdırılma şirkətini tanıyırıq. Həmçinin, məhsulun gömrük rəsmiləşdirilməsini şirkət özü həyata keçirdiyi üçün bu daşınma yolu poçtla daşınmadan daha asandır.

 

 

Bəs “Zamex” sizə nə təklif edir?

 

“Zamex” Amerika, Almaniya və Türkiyədən istənilən məhsulun daşınmasını həyata keçirir. Daşınmanı sürətli və keyfiyyətli şəkildə həyata keçirən “Zamex” həmçinin daşınmaya zəmanət verir.

 

Məhsullarınızı “Zamex” vasitəsilə sifariş edərək, bundan öncə sadalanan problemlərlə qarşılaşma riskini sıfıra endirə bilərsiniz.