MOBİL TƏTBİQ İLƏ ONLAYN ALIŞ-VERİŞ

MOBİL TƏTBİQ İLƏ ONLAYN ALIŞ-VERİŞ
Yenilik 19.08.2021

MOBİL TƏTBİQ İLƏ ONLAYN ALIŞ-VERİŞ

                Türkiyədən Azərbaycana onlayn alış-veriş saytlarından verilən sifarişlər artıq ölkəmizdə də müəyyən populyarizmə malikdir. İnsanlar həm keyfiyyətli məhsul almaq, həm də daha az məbləğ xərcləyərək verilən sifarişlərin sürətli şəkildə Bakıya çatdırılmasını istəyirlər. Trendyol, LC Waikiki, De Facto, Morhipo, Hepsiburada kimi böyük onlayn alış-veriş saytlarından istənilən məhsulları sifariş etmək əvvəlki illərdəki kimi çətin deyil. Çox sadə və asan yolla istədiyiniz məhsulları sadəcə sayt və ya mobil tətbiq vasitəsilə sifariş edirsiniz.

Zamex Türkiyədən Azərbaycana onlayn alış-veriş saytlarından olan sifarişlərin çatdırılması xidməti üçün artıq mobil tətbiqini də  sizlərin xidmətinə verib. Sadəcə telefonla istədiyiniz xidmətlərimizdən istifadə edə bilərsiniz. Bu sahədə ilklərdən olan mobil tətbiqimiz həm əlverişli, həm də istifadəsi çox rahatdır. Müştərilərini daim ön planda tutan Zamex-də Türkiyədən Azərbaycana çatdırılma qiyməti 0.85 dollardan başlayır. İstər adi məhsul, istər maye ve kosmetika məhsullarnın daşıma qiymətlərini vətəndaşlarımız üçün eyniləşdirən Zamex ölkəmizdə sürətli və sərfəli karqo xidməti ilə öz sözünü deməkdədir. Həm sayt, həm də mobil tətbiq vasitəsilə istədiyiniz xidmətlərimizdən rahatlıqla istifadə edə bilərsiniz.

SƏRFƏLİ VƏ SÜRƏTLİ KARQO

Hal-hazırda Türkiyədən Azərbaycana karqo daşımalarını cəmi 0.85 dollardan edən Zamex hər zaman müştəriləri üçün ən yaxşı xidməti göstərməyə davam etməkdədir. Müştərilərini düşünərək həm sərfəli, həm də sürətli karqo xidməti göstərən Zamex artıq mobil tətbiqlə də sifarişlərinizi qəbul etməkdədir. İstər evdən, istər işdən, istərsə də hər hansı bir yerdən rahatlığınızı pozmadan sifarişlərinizi sadəcə Zamex-in mobil tətbiqi vasitəsilə edə bilərsiniz.

Türkiyədən Azərbaycana onlayn alış-veriş saytlarından edilən sifarişlərinizi Zamex ölkəmizin istənilən bölgəsinə poçt xidməti vasitəsilə göndərməkdədir. Poçtla çatdırılma xidməti ilə siz həm də dəyərli vaxtınıza qənaət etmiş olursunuz.

Hər şeyin ən yaxşısını sizlər üçün düşünərək həyata keçirən Zamex-də elə indi qeydiyyatdan keçin, sifarişləriniz sürətli və sərfəli şəkildə qapınıza gəlsin.