Zamex qeydiyyatdan keçmək qaydası, təlimat
Zamex ilə operativlik Sizə yaxın gəldi.
Bəs Zamex-də qeydiyyatdan necə keçmək lazımdır?
Cavabı tapmaq üçün ekrana yaxın əyləşin. İndi izah edəcəyik.
Saytımızda qeydiyyatdan keçmək üçün
zamex.az saytına daxil olursunuz
“Qeydiyyat” butonuna klik edirsiniz.
Açılan səhifədə adınızı, Soyadınızı, mobil nömrənizi, emailinizi, doğum tarixinizi, vətəndaşlığınızı qeyd edirsiniz.
Əgər Azərbaycan Respublikasının vətəndaşısınızsa “Azərbaycan Respublikasının vətəndaşı” seçimini edib şəxsiyyət vəsiqənizin seriya nömrəsini və fin kodunu daxil edirsiniz.
Başqa ölkənin vətəndaşı seçimini etdikdə isə “Müvəqqəti yaşayış icazəsi” sənədinin məlumatlarını yazırsınız.
Daha sonra cinsinizi, Yaşadığınız şəhəri və ünvanınızı daxil ediriniz. Ünvanınızı qeyd edərkən ingilis hərflərdən istifadə etdiyinizdən əmin olun.
Şəxsi kabinetinizə daxil olmaq üçün şifrə də təyin etdikdən sonra, “istifadəçi şərtləri” ilə tanış olub, razılıq bildirərək qeydiyyatınızı tamamlayırsınız.
Bu qədər sadə. Qeydiyyatınız tamamlandı və şəxsi kabinetiniz artıq hazırdır. Artıq rahatlıqla xaricdən sifarişlərinizi bizə həvalə edə bilərsiniz.