Onlayn alış-verişin lideri-Trendyol

Onlayn alış-verişin lideri-Trendyol
Kömək 19.10.2021

İstehsalçı ilə istehlakçının birləşə bildiyi ortaq platformalardan biri olan və bəlkə də Türkiyədə bu sektorda lider mövqedə olan Trendyol hər bir insanın axtardığı istənilən məhsulun rahatlıqla tapa biləcəyi bir onlayn alış-veriş saytıdır. Sadəcə Türkiyədə deyil, bu coğrafiyaya yaxın digər bir çox ölkələrdə də onlayn alış-veriş sektorunda məhz Trendyol ilk sıradadır. Təbii ki, Trendyol insanlara illərdir verdiyi güvən sayəsində məhz bu yerlərə gəlib. Türkiyədə yerli vətəndaşların inanılmaz dərəcədə rahatlıqla sifariş verdiyi və cəmi bir neçə gün ərzində məhsullarının əllərinə çatdığı platforma olan Trednyolun dəyəri hazırda 16 milyard dollardan çox olaraq hesablanmaqdadır.

İstənilən növ məhsulun mövcud olduğu bu onlayn alış-veriş platformasında minlərlə mağaza və ya marka ilə əməkdaşalıq etməkdədir. Müştərilərini düşünərək hər zaman onlar üçün ən yaxşısını etməyə çalışan bu platformada kişi və qadın geyimləri ilə yanaşı həm də istənilən yaşda olan uşaqlar üçün də məhsullar tapmaq mümkündür. Türkiyənin ən böyük onlayn alış-veriş saytından sadəcə geyim deyil, həm də saat, parfüm, ayaqqabı, kitab, ev dekorları və s. kimi fərqli sektorlardan olan məhsullar da sifariş edə bilərsiniz.

Ölkəmizə son bir neçə il əzrində gələn onlayn alış-veriş mədəniyyəti tam olaraq bizim insanlara uyğundur desək yanılmarıq. Həm keyfiyyət, həm maddi olaraq insanlarımıza sərf etməsi ilə yanaşı, həm də fiziki olaraq heç bir yerə getmədən bəyəndiyiniz məhsulu sifariş edə bilirsiniz. Onlayn alış-verişin ölkəmizə ilk qədəm basdığı zamanlarda vətəndaşlarımızda biraz tərəddüd vardı. Ancaq zaman keçdikcə insanlar bunun tam qanuni və güvənli bir proses olduğunu gördükdən sonra artıq daha çox onlayn sifarişlər etməyə başladılar. Təbii ki, bu güvən məsələsində əsas yerdə Trendyol saytı durduğu kimi, eyni zamanda da Türkiyədən Azərbaycana çatdırılma edən karqo şirkətlərinin də əməyi danılmazdır.

Qadağan olunmuş məhsullar istisna olmaqla bəyənərək seçdiyiniz məhsulu Türkiyənin istənilən onlayn alış-veriş platformasından asanlıqla sifariş edə bilərsiniz. Qarşılaşa biləcəyiniz hər hansı bir problemdə və ya Azərbaycan bank kartlarını qəbul etməyən saytlarla qarşılaşdığınız zaman ZAMEX ilə əlaqə saxlaya bilərsiniz.

 

Güvənli karqo-Zamex

Türkiyədən Azərbaycana sərfəli və sürətli karqo xidməti ilə müştərilərinin könlündə “taxt quran” Zamex hər zaman sizlər üçün ən yaxşı xidməti göstərməkdədir. Hər ay keçirdiyi kampaniya və müsabiqələrlə hətta  bir neçə nəfərə Türkiyədən Azərbaycana pulsuz daşınma edən Zamex il sonuna qədər daha bir neçə fərqli və inanılmaz aksiyalar etməyi planlaşdırır.

Sizlər də Türkiyədən Azərbaycana sürətli və sərfəli tariflərdən yararlanmaqla yanaşı, həm də sifariş edərkən müəyyən hədiyyələr qazanmaq istəyirsinizsə, elə indi Zamex.az-da qeydiyyatdan keçin, alış-verişdən zövq alın.