Qida əlavələrinin Amerikadan sifarişi

Qida əlavələrinin Amerikadan sifarişi
Kömək 02.08.2023

Amerikadan olan qida əlavələri və vitaminlər illər ərzində bütün dünyada keyfiyyət standartına çevrilib.

 

Vitaminlər və qida əlavələri sağlamlığa aparan yolda vacib vasitələr ola bilər. “ABŞ Qida və Dərman Administrasiyası” qida əlavələrini əczaçılıq məhsulları ilə eyni şəkildə tənzimləmir, buna görə də qida əlavələrini yalnız yüksək keyfiyyətli istehsalçılardan almaq daha etibarlı sayılır.

 

Bəs qida əlavələri və vitaminləri niyə məhz Amerikadan sifariş etməliyik? Bunu etdikdə hansı üstünlüklər əldə edirik?

 

Ən birinci amil həmin məhsulların keyfiyyətidir. Az öncə də bildirdiyimiz kimi, ən keyfiyyətli vitamin və qida əlavələrini amerikan istehsalçıların özündən sifariş etmək daha etibarlıdır. Çünki məhsullar hərtərəfli sınaqdan və sertifikatlaşdırmadan keçir, tərkibində zərərli və naməlum elementlər qəbuledilməzdir. Məhsulların dozası, istifadə müddəti ciddi şəkildə müşahidə olunur və hər bir element mütləq şəkildə qablaşdırmanın üzərində qeyd edilir.

 

Burada qiymət də öz rolunu oynayır. Hər kəsə məlumdur ki, ölkəyə gələnədək məhsullar bir neçə etapdan keçir və hər bir etap qiymətə təsir edir. İstehsalçıdan aldıqda isə məhsulu öz qiymətinə əldə etmək daha sərfəlidir. Həmçinin, endirim günlərində həmin məhsulları daha ucuz qiymətə əldə etmək mümkündür.

 

Qida əlavələri və vitaminlərin geniş çeşidlərinə isə söz ola bilməz. Azərbaycanda axtarıb tapa bilmədiyimiz məhsulları məhz Amerika mağazalarında tapmaq mümkündür. Bu da alıcılar üçün böyük üstünlükdür.

 

Hansı brendlərin vitamin və qida əlavələrini sifariş etmək məsləhətdir?

 

Thorne Research – xüsusi elmi məsləhətçilər komandasına, öz ixtisaslaşdırılmış laboratoriyasına və tədqiqat obyektlərinə malik və qidalanma üzrə elmi sahədə qabaqcıl şirkətdir. Məhsulların keyfiyyəti yüksək hesab olunur.

 

Pure Encapsulations – GMP NSF qeydiyyatlıdır, GFCO sertifikatına malikdir, glutensizdir və tərkibində ümumi allergenlərin olmamasına zəmanət verilir. Məhsullar maqnezium glisinat kimi təcrid olunmuş birləşmələrdən, həmçinin multivitaminlər kimi mürəkkəb qarışıqlardan ibarətdir. Məhsullar yüksək keyfiyyəti ilə seçilir.

 

Gaia Herbs – son 25 il ərzində bitki mənşəli tibbdə standart təyin etmiş şirkətdir. Onlar daha spesifik səhiyyə ehtiyaclarına yönəlmiş həm istehlakçı, həm də peşəkar məhsullar təklif edirlər. Məhsulların keyfiyyəti yüksəkdir.

 

Jarrow Formulas – müxtəlif qida əlavələri və vitaminlər tapa biləcəyiniz çox böyük bir kateqoriyaya malikdir. Məhsulların keyfiyyəti orta kimi qiymətləndirilir.

 

Bluebonnet – inqrediyentləri mümkün qədər bütün qidaların formasına yaxın saxlamağa çalışan bir markadır. Məhsullarının çoxu NSF Certified Non-GMO, USDA Organic və ya Project Non-GMO sertifikatlıdır.

 

Zamexlə Amerikadan qida əlavələri və vitaminlər sifariş et.

 

Hal-hazırda karqo şirkətləri sayəsində ən yaxşı Amerika vitaminlərinin, qida əlavələrinin, mikroelementlərin və hipoalergen məhsulların Azərbaycana çatdırılması daha rahatdır. Bu şirkətlərdən biri də Zamex-dir. Zamex istənilən məhsulun Azərbaycana çatdırılmasını asanlaşdırır. Zamex-lə Amerikadan istənilən məhsulu, eləcə də, qida əlavələri və vitaminləri sərfəli qiymətə sifariş edə, ən tez zamanda əldə edə bilərsiniz.