“Qrama-qram” tarifimizi qarşılayın!

“Qrama-qram” tarifimizi qarşılayın!
Yenilik 07.02.2023

Dəyərli “Zamex” müştəriləri, yeni tarifimizlə qarşınızdayıq. Belə ki, “Standart” tariflərimizə yeni – “Qrama-qram” tarifi də əlavə olundu. Artıq Türkiyədən sifariş verdiyiniz bağlamaların ödənişini “Qrama-qram” tarifimizdən istifadə edərək həyata keçirə biləcəksiniz. Belə ki, bu gündən etibarən “Zamex”lə Türkiyədən aldığınız 1 qramdan 1 kiloqrama qədər çəki aralığındakı bütün bağlamaların daşınma haqqı yükün xalis çəkisinə görə hesablanacaq. 

 

Yeni tarifimizin hesablanma qaydası isə çox rahatdır. Daşınmalar zamanı bağlamaların fiziki çəkisi 4.90$-a vurulmaqla  qrama-qram hesablanacaq.

 

Nəzərinizə çatdıraq ki, tarif üzrə bölgələrə çatdırılma üçün əlavə xidmət haqqı 50 sent nəzərdə tutulur.

 

İstər “Standart”, istərsə də “Qrama-qram” tarifimizlə Türkiyədən sifarişlərinizi verin, alış-verişin keyfiyyətini hiss edin!