Trendyolda ən çox satılan məhsullar
Azərbaycanda insanların Türkiyədən onlayn alış-veriş etdikləri zaman ən çox ziyarət olunan və bundan dolayı da ən çox məhsul sifariş olunan platforma təbii ki, Trendyol.com-dur. İnsanların real olaraq mağaza gəzmədən etdikləri onlayn alış-veriş sayısı isə günbəgün artmaqdadır. Bununla bağlı müəyyən araşdırmalar aparılır. Son nəticələr görə Türkiyədə hər 4 qadından 3-ü Trendyol onlayn alış-veriş saytından ya daha əvvəl məhsul sifariş edib, ya da hazırda daimi olaraq həmin platformanın müştərisidir. Əslində əldə olunan çox yüksək rəqəmdir və buradan belə nəticəyə gəlmək olur ki, Trendyol müştərilərində hər zaman məmnuniyyət yaratmağa çalışır. Bunu deməyə əsas verən məqamlardan biri isə platformadan istifadə etmiş və hazırda bunu etməyə davam edən insan sayısı milyonlarladır. Və təbii ki, bununla yanaşı Trendyol.com onlayn alış-veriş saytı hazırda Türkiyənin ən dəyərli platforması olması ilə birlikdə, həm də bu coğrafiyaya yaxın olan bütün ərazilərdə onlayn məhsul alış-verişində liderliyini qorumaqdadır.
Trendyol.com saytında məşhur olan markaların bir çoxu mövcuddur. Buraya həm yerli, həm də xarici markalar daxildir. Adidas, Nike, Kiğılı, Elle, Lacoste, Bambi, Bershka, Bonprix, Calvin Klein, Defacto, Derimod, Emporio Armani, Hotiç, HUMMEL, İnci, İpekyol, Kenzo, Koton, Zara, Twist, Pierre Cardin, Nine West, Nike, New Balance, Mudo, Moschino, Mavi, Mango kimi markaları buna misal göstərmək olar.
Trendyol.com onlayn alış-veriş saytını kateqoriyalar üzərindən analiz etdiyimiz zaman isə ən çox tərcih edilən məhsulları bu formada sıralaya bilərik: t-shirt, aksesuar, ayaqqabı, pencək, çanta, kosmetika məhsulları, ətək, köynək, alt geyim, şalvar, saat, sport ayaqqabı, kostyum, ətir, eynək, mont(kurtka) və palto.
Trendyol-da bəyəndiyiniz bütün məhsulları “favorilere” əlavə edərək daha sonra həmin məhsulda endirim olduğunda bildirim ala bilərsiniz.
Trendyoldan Azərbaycana sürətli karqo-Zamex
Trendyol.com Türkiyənin ən böyük onlayn alış-veriş platformasından seçdiyiniz məhsulların Azərbaycana sürətli bir şəkildə gəlməsi artıq Zamex-lə mümkündür. Siz istəyiniz məhsulu Trendyol.com saytından seçirsiniz və karqo xidmətini biz sizin üçün yerinə yetiririk. Əgər zamanınız yoxdursa və ya başqa işləriniz varsa, biz seçdiyiniz məhsulları sizin üçün sifariş edə bilərik. Bütün xidmətlərini məhz müştərilərini məmnun etmək üçün həyata keçirən Zamex hər zaman Türkiyədən Azərbaycana karqo xidmətində ən sürətlisini və ən sərfəlisini təklif və təmin etməkdədir.
Əgər siz də Türkiyədən Azərbaycana onlayn alış-veriş saytlarından verdiyiniz sifarişlərin sürətli və sərfəli tariflərlə gəlməsini istəyirsinizsə, elə indi saytımızda qeydiyyatdan keçin, alış-verişin keyfini bizimlə yaşayın.