Türkiyədən ətir sifarişi və düzgün ətir seçimi

Türkiyədən ətir sifarişi və düzgün ətir seçimi
Kömək 26.12.2022

İstər kişi, istərsə də qadınlar üçün geyim nə qədər önəmlidirsə, doğru ətir seçimi də onların olmazsa olmazıdır. Ətirlər həmçinin özəl günlərdə hədiyyə üçün ideal seçimdir.

Ətirlərin qoxusuna görə 3 növü var. Şipr, çiçək və şərq qoxulu ətirlər. Çiçək və şərq qoxulu ətirləri, adətən, qadınlar, şipr və daha yağlı, kəskin qoxulu ətirləri isə kişilər istifadə edir.

 

Ətir seçimində onun gözəl qoxusu ilə yanaşı, qalıcılığıda önəmlidir. Ətrin qalıcılığına  təsir edən əsas nünaslardan biri isə dəri tipidir. Əgər yağlı dəri tipinə sahibsinizsə ətirlərin qalıcılığı daha güclü təsirə malikdir. Quru tipli dərilərdə isə tam əksinə ətrin qalıcılığı daha az olacaqdır. Başqa vacib nüanslardan biri də ətrin fəslə uyğun olmasıdır. Məsələn isti günlərdə mülayim ətirlərdən, soyuq günlərdə isə kəskin qoxuların seçimi daha məqsədəuyğundur.

 

Ətir sifariş edərkən həmçinin keyfiyyətli ətirlərə üstünlük verilməsi vacibdir. Keyfiyyətsiz ətirlər sizin dərinizə zərər verəcək və allergiyaya səbəb olacaqdır.

 

Türkiyədən ətir sifariş etmək üçün bu saytlara müraciət edə bilərsiniz

 

Trendyol.com.

Türkiyənin ən məşhur onlayn alış-veriş saytlarından biri olan Trendyol.com saytından həm yerli, həm də xarici markalardan istədiyiniz məhsulu uyğun qiymətə Zamex.az vasitəsilə asan əldə edə bilərsiniz.

Trendyol.com saytından ətir sifariş etmək üçün “Kozmetik & kişisel bakım” kateqoriyasından, “Parfüm & deodorant” bölməsinə keçərək istəyinizə uyğun ətirləri onlayn şəkildə sifariş edərək əldə edə bilərsiniz.

 

Hepsiburada.com

Hepsiburada.com saytında “Burberry”, “Bargello”, “Calvin Klein”, “Dior”, “Farmasi”, “Avon” kimi markalardan istədiyiniz məhsulu sifariş edərək  uyğun qiymətə əldə edə bilərsiniz.

 

Sephora.com.tr

Sephora.com ətir sifarişi üçün tövsiyə olunan digər məşhur saytdır.  Bu saytda məhsullar bir neçə kateqoriya altında toplanıb. Bu marka keyfiyyət və orjinallıq baxımından insanlarda güvən yaradıb. Elə indi Sephora.com saytından istədiyiniz məhsulu sifariş edərək endirimlərdən yararlana bilərsiniz.

 

Zamex.az – sürətdə və etibarda birinci karqo

Zamex.az karqo şirkəti vasitəsilə Türkiyənin müxtəlif onlayn alış-veriş saytlarından istifadə etdiyiniz ətri münasib qiymətə və yüksək keyfiyyətlə sifariş edə bilərsiniz.  

 

Elə indi vaxt itirmədən Zamex.az saytından qeydiyyatdan keçərək sifarişlərinizi həyata keçirməyə tələsin!