Türkiyədən çimərlik geyimi sifarişi
Günəş bir çox bölgələrdə var gücü ilə özünü göstərməyə başladı. İstirahət adamları artıq hazırlıqlara başlayıblar. Bəzi çimərliklərdə hətta dolmağa başlayır. Demək olar ki, hər mağazada çimərlik geyimləri və bikinilərin satışında artım var. Lakin, hər kəsə məlumdur ki, ən sərfəli və ən gözəl geyimləri Türkiyədən onlayn şəkildə sifariş vermək daha məqsədəuyğundur. Bu səbəbdən də, budəfəki bloqumuzda sizə Türkiyədən çimərlik geyimlərinin sifarişi və vücud tipinizə uyğun çimərlik geyimləri haqqında ətraflı məlumat verəcəyik.
Çimərlik mövsümü gəlincə, hər kəs tələsik olur. Necə görünəcəm, qısa müddətdə necə arıqlayacağam, bir daha bikini geyinə bilməyəcəm kimi suallar beynimizdə yaranır. Bu məsələdən narahat olmayın, xanımlar! Axı hər kəsin model bədəni yoxdur. Üstəlik, belə olmamalıdır. İlk növbədə bunu beynimizdə yerləşdirməliyik. Hər kəsin bədən quruluşu, boyu və çəkisi fərqlidir. Hər vücud gözəl və özəldir. Önəmli olan çimərlik geyimini vücudunuza uyğun seçməkdir ki, xoş görünəsiniz.
Düzbucaqlı bədən tipinə malik qadınlar üçün ideal çimərlik geyimi növü alt geyimi daha belə doğru qıvrılmış formada seçilmiş olandır. Bu model bel hissəsini kənarlardan yığaraq belin daha incə və qıvrım göstərəcəkdir. Yuxarı hissədə isə üçbucaq yaxalı geyimə üstülüyün verilməsi xoş bir görüntünü təmin edəcəkdir.
Armud tipli bədənin nə olduğunu bilmirsinizsə, qısaca danışaq. Bu bədən tipi ilə həqiqətən armud təsəvvür edə bilərsiniz. Dar çiyin quruluşuna, geniş bel və omba nahiyəsinə malik bədən tipidir. Bu bədən tipinə sahib olanlar dar çiyin sahəsinə diqqət çəkə bilərlər.
Aşağı bölgələri böyük olduğundan, altı və ya daha çox rəngli məhsullardan qaçınmalıdırlar.Üst zonaya diqqət yetirməlidirlər.
Tək parça məhsullar ayağınızın sahəsini qısaltacağından daha da qalın görünə bilərsiniz. Aşağı belli 2 parça bikinilərə üstünlük verməlisiniz.
Qum saatı bədən tipinə malik qadınlar dünyada müəyyən azlıq təşkil edir. Bu, 90-60-90 dediyimiz bədən növüdür. Bu bədən tipinə sahib qadınlar straplez parçalara çox üstünlük verməməlidir. Qum saatı bədəni olanlar bədənlərini daha çox açan bikinilərə və ya çimərlik geyimlərinə üstünlük verməlidir.
Qeyd etdiyimiz məlumatlar ümid edirik ki, işinizə yarayacaqdır. Bəs çimərlik geyimlərini Türkiyədən necə sifariş etmək olar?
Əlbəttə ki, məşhur və etibarlı onlayn alış-veriş platforması-Trendyoldan. Trendyolun rəsmi saytına daxil olaraq istər yeni sezon, istərsə də öz zövqünüzə uyğun çimərlik geyimlərini asanlıqla axtara və seçə bilərsiniz. TrendyolMilla çimərlik geyimlərinin sifarişi üçün ideal məhsullara malikdir. Elə indi siz də sayta daxil olaraq arzuladığınız çimərlik geyimini seçə və seçimdən sonraki prossesi bizə həvalə edə bilərsiniz.
Siz sifariş edin, Zamex sürətli çatdırsın!
Zamex hər zaman sizin vaxtınıza və büdcənizə qənaət etmənizi təmin edir. İstər mobil tətbiq, istərsə də Zamex.az saytından qeydiyyatdan keçib, sifarişlərinizi bizə güvənərək həyata keçirə bilərsiniz. 0.39 USD-dan başlayan tarifləri ilə Zamex, müştərilərinin məmnuniyyətini təmin etməyə davam edir!
Siz də yayın ritmini Zamex ilə sifariş edəcəyiniz çimərlik geyimləri vasitəsilə yetərincə zövqlü keçirin!