Türkiyədən eviniz üçün payız-qış alış-verişi

Türkiyədən eviniz üçün payız-qış alış-verişi
Kömək 12.09.2022

Əyləncəli və istirahət dolu yay fəslini geridə qoyduq. Artıq növbə soyuqların daha çox hökm sürdüyü payız və qış aylarındadır. Təbii ki, həmin fəsillər soyuq hava ilə yanaşı özü ilə müxtəlif ehtiyaclar da gətirir. İsti geyimlər bu ehtiyaclar sırasında birinci yerdədir. İsti geyimlərdən əlavə, hər bir insan soyuq aylarda evdə zaman keçirərkən özünü rahat hiss etmək istəyir. Bildiyiniz kimi bu aylar ərzində günlər qısalır. Nəticədə, evdə keçirəcəyiniz zamanlar da çoxalır. Elə bunu düşünərək bu bloqumuzda evinizi payız və qış aylarında daha rahat dizayn etmək üçün 4 addımı sizinlə paylaşacağıq.

 

Ev dekorasiyasında tabloların rolu nədir?

Belə ki, hər bir interyeri soyuq havalara uyğunlaşdırmaq üçün yalnız otağın istiliyini artırmaq kifayət etmir. Bunun üçün evin abu-havasını dəyişəcək dekorasiyalar sizə çox böyük kömək edəcək. Dekorasiyaya ilk növbədə isti rəng tonlarında olan müxtəlif növ tablolardan başlaya bilərsiniz. Tabloların kətanda olması vacib deyil. 2022 trendi olan metal tablolardan istifadə etmək də evinizə xüsusi istilik və gözəllik qatacaq. Bunun üçün trendyol.com-da müxtəlif mağazalara baxa bilərsiniz.

Rəng seçimləri nə dərəcə önəmlidir?

Soyuq havaların hökm sürdüyü payız və qış aylarında interyerin rəngini sarı, qırmızı və ya dümağ etməyi yaddan çıxara bilərsiniz. Çünki bu rəngləri interyerinizdə istifadə etməyiniz bütün abu-havanı bu fəsillərə uyğunlaşdırmağınız mənasına gəlmir. Yaxşı olardı ki, evinizdə müxtəlif materialda və rəng çeşidlərində olan aksesuarlardan istifadə edəsiniz. Bu aksesuarlar həm də sizin əhvalınızın daim müsbət aurada qalmasına yardım edəcək. Həmin aksesuarları isə Amerika və Türkiyənin onlayn alış-veriş saytlarından sərfəli qiymətlərlə əldə edə bilərsiniz.

Dekorasiya zamanı işıqlandırmanın əhəmiyyəti

Bildiyimiz kimi, rahat məkanların əsas komponentlərindən biri də işıqlanmadır. Divar üçün olan və stolüstü lampalardan istifadə etmək soyuq günlərdə xüsusilə də axşamlar evdə rahat zaman keçirmənizi təmin edəcək.

Xoş qoxular və yumşaq toxunuşlar evinizdə möhtəşəm aura yaradacaq!

 

 Hər kəs, xüsusilə də qadınlar ev dekorasiyasında gözəl görünüşlü şamdanları çox sevir. Evdə içi boş şamdanları saxlamaq sizcə də onlara haqsızlıq olmazmı? Soyuq qış günlərində evin gözəl qoxması və qaranlıqda titrəyən şam işığı sizi ilhamlandırmaq üçün əla vasitədir. Xoş qoxuları yumşaq toxunuşlu xalçalarla birləşdirdirdikdə isə ümumiyyətlə evdən çıxmaq istəməyəcəksiniz!

 

Siz sifariş edin, “Zamex” sürətlə çatdırsın!

Yuxarıda sadaladağımız bütün nüansları nəzərə alaraq evinizi isti və daha rahat hala gətirmək istəyirsinizsə, elə indi Amerika və ya Türkiyə alış-veriş saytlarından ev dekorasiyası üçün istədiyiniz məhsulu sifariş etməyin tam zamanıdır! Zamex.az saytından və ya mobil tətbiqimizdən qeydiyyatdan keçərək sifarişlərinizi “Zamex” vasitəsi ilə həyata keçirə bilərsiniz. Biz hər zaman müştərilərimizin vaxtına və büdcələrinə qənaət etməsini təmin edirik!