Türkiyədən günəş kremi sifarişi

Türkiyədən günəş kremi sifarişi
Kömək 11.05.2022

Cildimizə zərər yetirən əsas amillərdən biri Günəşdir. Hər nə qədər günəşli ayları sevsək də, Günəşdən gələn zərərli şüalardan qorunmağı nəzərdə tutmuruq. Unutmamaq lazımdır ki, Günəşdən gələn faydalı və zərərli şüalar arasında incə bir xətt var.

Günəşdən gələn şüalar dərimizə hansı mənfi təsirləri göstərir:

  • Dəridə qırışıqlıqlar yaranır
  • Dəri elastikliyini itirir
  • Dəri xərçəngi yaranma ehtimalını çoxaldır
  • Ləkələrin yaranmasına səbəb olur

 

Bəs bu zərərlərin qarşısını almaq və qorumaq məqsədilə nə edə bilərik? Ən effektiv həll - günəş baxımı məhsullarından istifadə etməkdir.

Günəş baxımı məhsullarına əsasən qoruyucu və bronzlaşdırıcı kremlər, lasyonlar və spreylər daxildir. Günəş kremləri, hər kəsin mütləq istifadə etməli olduğu və büdcəyə uyğun bir məhsuldur. Lakin, keyfiyyətinə əmin olduğunuz markanın qoruyucu günəş kremlərindən istifadə etmək lazımdır. Əks təqdirdə, keyfiyyətsiz məhsul, Günəş şüalarından daha çox cildinizə zədə yetirəcək. Bu bloqumuzda sizə günəş kremlərinin seçimi və keyfiyyətli markalara məxsus günəş kremləri haqqında bəhs edəcəyik.

 

Günəş kremi seçərkən nələrə diqqət yetirməli?

Hər baxım məhsulu kimi, günəş baxım məhsullarında da önəm verilməli nüans, məhsulun dəri tipinə uyğun olmasıdır. Quru cildlər daha çox nəmləndirən, yağlı cildlər isə yağı balanslaşdıran günəş kremlərindən istifadə etməlidir. Günəş kremlərinin qoruyucu faktoru 50 olan  məhsulları, daha çox qorunmanı təmin edərək, yay aylarının əvəzedilməzidir. Ümumiyyətlə, günəş kremlərində qoruma faktoru 30-dan az olmamalıdır. Belə olduqda cild Günəşin zərərli təsirlərindən qorunmur. Hətta, yağlılıq faizi çox olsa, üzdə sızanaqların yaranmasına səbəb ola bilər. Buna görə də, seçiminizin 50 SPF-li günəş kremlərindən olmasına diqqət yetirin!

 

Günəş kremlərinin sifarişi

Keyfiyyətli günəş kremlərini Türkiyənin məşhur Sephora, Watsons, Trendyol kimi saytlarından Zamex ilə sifariş etmək mümkündür. Son dövrlər insanlar tərəfindən ən çox sifariş edilən və dermatoloqlar tərəfindən təsdiqlənmiş markalar bunlardır:

 

  • Sinoz
  • La Roche Posay
  • Bioderma
  • Avene
  • Nivea
  • Diadermine

 

 

Günəş kremini Zamex ilə sifariş et!

Türkiyədən hər növ maye və adi məhsulların etibarlı və sərfəli şəkildə çatdırılması təmin edən sürətli karqo şirkəti dedikdə, ağıla ilk Zamex gəlir! Keyfiyyət və güvənlilik göstəricisi olan Zamex vasitəsilə siz də qeyd etdiyimiz günəş kremlərini könül rahatlığı ilə sifariş edə bilərsiniz.

 

Zamex sizin vaxtınıza və büdcənizə qənaət etmənizi təmin edir. İstər mobil tətbiq, istərsə də Zamex.az saytından qeydiyyatdan keçib, sifarişlərinizi bizə güvənərək həyata keçirə bilərsiniz. 0.39 USD-dan başlayan tarifləri ilə Zamex, müştərilərinin məmnuniyyətini təmin etməyə davam edir!