Türkiyədən kitab sifarişi

Türkiyədən kitab sifarişi
Kömək 17.09.2021

     Türkiyənin onlayn alış-veriş platformalarından Azərbaycana tələbələrin və gənclərin ən çox sifariş etdikləri məhsullar arasında kitablar ayrı bir yerə sahibdir. Daha çox dünya ədəbiyyatı, motivasiya, biznes və psixologiya ilə bağlı kitabların sifariş olunduğu Türkiyənin onlayn kitab alış-veriş saytları ilə daha yaxından tanış olmaq üçün bu bloqu sizə təqdim edirik. Azərbaycanla müqayisədə ekonomik olaraq Türkiyədə kitabların daha ucuz və münasib qiymətə olması bizim vətəndaşlarımız üçün də ürəkaçan bir haldır.

Türkiyənin kitab sektoru ilə bağlı axtardıqlarınızı tapa biləcəyiniz saytlardan bir neçəsini sizə təqdim edirik.

  1)    Kitapyurdu

Türkiyənin ən böyük və ən çox tanınan kitab sifariş edilən onlayn alış-veriş platformasıdır desək yanılmarıq. 1985-ci ildən insanlara bu sektorda xidmət göstərən Kitapyurdu.com saytında bir çox kateqoriyadan olan kitabları tapmaq mümkündür: uşaq, dərs və imtahan, tarix, siyasət, ədəbiyyat, sosyologiya, sənət, iqtisadiyyat, din, hüquq və s. Kitablardan başqa saytdan dərgilər, kitab aksesuarları, dəftər, albom və kiçik hədiyyəlik əşyalar da sifariş edə bilərsiniz. Demək olar ki, hər ay müxtəlif kitablarda endirimlər olur.

   2)    D&R

Kitabsevərlər arasında ən çox kitabın sifariş edildiyi saytlar arasında yer almaqdadır. Həm marka, həm də insanlarda yaratdığı güvən baxımından ən öndə olan D&R insanlara 1997-ci ildən xidmət gönstərməkdədir. Burada kitab, oyuncaq, hədiyyəlik əşya, filmlər, elektronika fərqli sahələrlə bağlı axtardıqlarınızı tapa bilərsiniz. Saytda kitab kateqoriyası olaraq isə uşaq, gənclik, ədəbiyyat, araşdırma, elmi və səsli kitablar mövcuddur. Bu platformanın özəlliklərindən biri isə 100 TL (təxmini 20 Azərbaycan manatı) üzərində alış-veriş etdiyiniz zaman sizin Türkiyə daxili karqonuz pulsuz başa gəlmiş olur.

    3)    İdefix

20 ildir ki, ölkədə kitab satışı məşğul olan bu sayt hal-hazırda Türkiyənin onlayn olaraq ən böyük kitabevi olması isə diqqətçəkici məqamdır. Bu saytda e-kitap satışları da həyata keçirilməkdədir. Saytdan 100 TL (təxmini 20 Azərbaycan manatı) üzərində sifariş verdiyinizdə sizin Türkiyə daxili karqonuz pulsuz olur.

   4)    Kitapseç

Türkiyədə vətəndaşları tərəfindən ən yaxşı kitab alış-veriş saytlarından hesab olunur. Saytda 3 əsas kateqoriya görmək mümkündür-nəşriyyatlar, yazarlar və kateqoriyalar. Kateqoriya bölümü özlüyündə tamamilə kitablarla bağlıdır. Buraya aid olan kitablar isə daha çox Türkiyənin daxilində olan imatahanlarla bağlı kitablardır. Ancaq təbii ki, bir tək bunlar deyil. Əlavə olaraq saytda puzzle, çanta, dəftər, film,oyuncaq, elektronika və ofis ləvazimatları kimi bir çox fərqli sektora aid məhsullar mövcuddur.

   5)     BKM

Milyonlarla kitabın olduğu saytda məhsulların bir çoxu münasib qiymətə satılır.Saytda inanılmaz dərəcədə fərqli sektorlardan kitablar yerləşdirilib. Xarici dildən siyasətə, sosiologiyadan ədəbiyyata, psixologiyadan memarlığa, dərs kitablarından yemək kitablarına qədər hər sahədən kitab tapa biləcəyiniz saytda Türkiyə daxili karqo çatdırılması 1-5 gün aralığında dəyişir.

   6)     Pandora

1991-ci ildən kitab mağazası kimi fəaliyyət göstərən Pandora öz saytında Türkcə, İngiliscə və universitet kitabları satmaqdadır. Bir çox günün seçilən xüsusi kitablarında 35-40 % qədər endirimlər olur.

SÜRƏTLİ KARQO-ZAMEX

Türkiyədən Azərbaycana sürətli və sərfəli tariflərlə daşınma edən Zamex həm də müştəriləri üçün bütün xidmətləri göstərməkdədir. Əgər kitab alış-veriş edərkən daxil olduğunuz sayt Azərbaycan bank kartını qəbul etmirsə, anında bizimlə əlaqə saxlayaraq bu problemi yoluna qoyuna bilərsiniz. Sizin üçün Türkiyənin istənilən onlayn alış-veriş platformalarından sifarişlərini sizin yerinizə biz edə bilərik. Bunun üçün sizdən heç bir komissiya haqqı tutulmur.

Sərfəli, sürətli, etibarlı və hər zaman müştərilərini düşünən karqo – Zamex. Zamex-in bütün xidmətlərindən faydalanmaq üçün elə indi qeydiyyatdan keçin, sifarişləriniz ən tez zamanda sizə çatsın.