Türkiyədən mətbəx ləvazimatları sifarişi

Türkiyədən mətbəx ləvazimatları sifarişi
Kömək 28.01.2022

Türkiyənin onlayn alış-veriş saytlarından demək olar ki, hər növ məhsul tapmaq və Azərbaycana rahatlıqla sifariş etmək mümkündür. Həmin məhsullardan biri də mətbəx ləvazimatları və qab-qacaqla bağlı olan məhsullardır.

Geyimlərdə olduğu kimi, brend qab-qacaq məhsullarının da bir çoxunun saytları mövcuddur. Karaca, Paşabahçe, Kütahya Porselen, English Home, Emsan, Bambum kimi markaların məhsullarını rahatlıqla öz saytlarından tapa bilərsiniz. Eyni zamanda siz Türkiyənin ən məşhur alış-veriş platforması olan trendyol.com saytına daxil olaraq mətbəx üçün geniş çeşidli elektronika avadanlıqları və qab-qacaq məhsulları ilə tanış ola bilərsiniz.

Türkiyə bazarı ilə müqayisədə Azərbaycan mağazalarında brend qabların qiyməti olduqca bahadır. Türkiyədən qab-qacaq və digər mətbəx ləvazimatları alarkən Azərbaycanda satılan məhsulların qiymətləri və keyfiyyəti arasında olan fərqi anında hiss edəcəksiniz.

Siz brendlərin saytlarına baxan zaman bayramlara, fəsillərə və xüsusi günlərə özəl endirim kampaniyaları ilə də qarşılaşacaqsınız. Tez-tez təşkil edilən endirimlər sayəsində almaq istədiyiniz məhsulları uyğun qiymətlərlə sifariş edə bilərsiniz. Türkiyədən onlayn alış-veriş etməyin daha bir üstün cəhəti də Azərbaycanda satılan məhsullara nisbətən saytlarda daha çox seçim imkanlarının olmasıdır.

Onlayn mağazalardan çay stəkanından nəlbəkiyə, bıçaq setlərindən ədviyyat setlərinə, böyük yemək qablarından salat qablarına, salat qablarından meyvə qablarına, yemək və şirniyyatlar bişirmək üçün lazım olan əşyalara qədər bir çox çeşiddə olan məhsulları sifariş edə bilərsiniz.

Siz yalnız qab-qacaq məhsulları deyil, eyni zamanda mətbəx və hamam otağı üçün bəzək əşyaları da ala bilərsiniz. İstər gündəlik istifadə üçün, istərsə də cehizlik üçün almaq istədiyiniz göz oxşayan, bir-birindən gözəl, zərif və bir o qədər də işinizi asanlaşdıracaq mətbəx ləvazimatlarını elə indi Zamex-lə Türkiyənin onlayn alış-veriş saytlarından sifariş edə bilərsiniz.

 

 

Zamex - Türkiyədən Azərbaycana sürətli və sərfəli karqo

 

İstər maye, istərsə də standart məhsulların Türkiyənin istənilən onlayn alış-veriş saytlarından Azərbaycana verdiyiniz sifarişlərin sürətli və sərfəli tariflərlə ünvanınıza çatdırılmasını istəyirsinizsə,  elə indi Zamex.az-da qeydiyyatdan keçin.

 

Sərfəli tarifləri ilə adından söz etdirən Zamex, Türkiyədən Azərbaycana karqo çatdırılmalarını cəmi 0,85 dollardan başlayan tariflərlə həyata keçirməkdədir. Sifarişlərinizi Zamex-lə edərək, həm məhsulunuzu vaxtında əldə edə, həm də sizə uyğun tariflərimizdən yararlana bilərsiniz. Qeyd edək ki, "Sifariş et" xidmətindən istifadə etdiyiniz zaman karqonuz sığortalanır. Sığorta xidməti 2$ təşkil edir.

Zamex-in tarifləri münasib olmağından əlavə, sifariş etdiyiniz məhsullarınızı tam təhlükəsiz şəkildə heç bir zərər dəymədən qapınıza qədər çatdırır.