Türkiyədən oversize tshirt sifarişi
Yay aylarının əvəzedilməz parçası olan tshirtlər rahatlığı və çoxfunksionallığı ilə seçilir. İstər qadın, istərsə də kişilər tərəfindən nəinki yay aylarında, qış aylarında da müxtəlif üslublarda kombinlənə bilir.
Son dönəmlərin dəbli və komfortlu üslubu olan oversize stili tshirtlərdə də öz əksini tapmışdır. Həm “jeans”-lərlə, həm də uzunqol köynəklərlə istifadə edilərək rahat və xoş görünüş yaradır.
Oversize tshirt sifarişində nələrə diqqət yetirməli
Oversize geyimlərin sifarişi zamanı alıcıların ən çox çətinlik çəkdiyi məqam ölçü seçiminin düzgünlüyüdür. Doğru seçim edilmədiyi zaman oversize geyimlərin, əsas da tshirtlərin görünüşü tamamilə dəyişərək arzuedilməz hal alır. Bəs oversize tshirt sifariş edərkən ideal ölçü necə seçilməli? Adətən oversize geyimlərdə normal bədən ölçüsündən 2 bədən böyük seçim edilməsi, daha uyğun və zövqlü görünüşü təmin edir. Siz də oversize tshirt sifariş edərkən bədən ölçünüzdən 2 bədən böyük seçim etdiyinizdən əmin olun. Lakin, unutmayın ki, genişlənə bilən parçadan istehsal olunan tshirtlərdə bu seçim dəyişə bilir. Buna görə də, onlayn alış-veriş saytından məhsul haqqındakı məlumatlara və rəylərə diqqət yetirin.
Dəbli və hər dizaynda oversize tshirtləri Türkiyənin istənilən saytından Zamexlə sifariş etmək mümkündür. Zövqlü oversize tshirtləri Türkiyənin məşhur saytları vasitəsilə Addax, MoonBull, BenRoma, VbsVibes, Blackbonds kimi markalardan sifariş edə bilərsiniz.
Ən sərfəli karqo-Zamex!
Daima müştərilərinin məmnuniyyətini və vaxtını düşünən Zamex, 0.39 USD-dan başlayan qiymətləri ilə büdcənizə də qənaət etmənizi təmin edir. İstər Zamex.az saytından qeydiyyatdan keçərək, istərsə də mobil tətbiqindən istifadə edərək onlayn alış-verişinizdən məmnun qalın!