Türkiyədən qadın çantalarının sifarişi

Türkiyədən qadın çantalarının sifarişi
Kömək 30.12.2022

Qadın çantası hər bir qadın geyiminin əsas atributudur. Çanta, qadınlar üçün yalnız gündəlik aksesuar deyil, eyni zamanda əvəzolunmaz əşyadır. Ümumiyyətlə çanta tərzinizi tamamlamalıdır və getdiyiniz məkana uyğun olması mütləqdir.

 

Qadın çantaları sifariş edərkən nələrə diqqət edilməlidir?

 

Çanta alarkən onun gözəlliyi ilə yanaşı keyfiyyətinə də diqqət etməliyik. Çantaların hazırlandığı material çox önəmlidir. Keyfiyyətli və dözümlü materialdan hazırlanan çantaların istifadəsi daha uzun olur. Çantalar üçün ən çox istifadə olunan parça dəridir. Dəri çantalar təmiz dəridən və ya dərini əvəz edən materialdan tikilir. Çantalar bəzən biserlə bəzədilmiş, müxtəlif əl işi ilə işlənmiş, bəzən də sadə olurlar.

 

Quruluşuna görə qadın çantaları müxtəlifdir. Bu sahədə də dizaynerlərin təxəyyülü sərhədsizdir. Çantalar yumru, dördbucaqlı, düzbucaqlı və s. ola bilər.

 

2022 – 2023-cü ilin  trend çantaları

 

1. Bez çantalar

2. Oversize çantalar

3. Dəri hörməli çantalar

4. Baqet çantalar

5. Vintaj çantalar

6. Mikro çantalar

7. Həsir çantalar

8. Çarpaz asqılı çantalar

 

Türkiyədən çanta sifarişi üçün onlayn mağazalar

 

Trendyol.com

 

Türkiyənin onlayn alış veriş saytları arasında lider mövqedə olan bu saytdan istədiyiniz hər zövqə uyğun çanta tapmağınız mümkündür.  Bu platformada “Ayakkabı&Çanta” bölməsindən dünyaca məşhur – “Aldo”, “Elle”, “Derimod”, “Mango”, “Guess” kimi markalardan istədiyiniz bir çox məhsulu tapa bilərsiniz.

 

Hepsiburada.com

 

Hepsiburada.com – Türkiyənin onlayn alış-veriş sektorunda ön sıralarda olan saytlardan biridir. Bu onlayn platformada məhsullar sərfəli və böyük endirimli qiymətlərlə satılır. Siz çantadan elektronikaya, ev əşyasından makyaj ləvazimatlarına qədər hər şeyi sadəcə bir ünvandan ala bilərsiniz.

 

Morhipo.com

 

Türkiyənin digər məşhur onlayn alış-veriş saytlarından biri də Morhipo.com-dur. Böyük uğurlar nəticəsində Türkiyədə olduğu kimi Azərbaycanda da bu onlayn alış-veriş saytından sifariş verənlərin sayısı artmışdır. Bu saytda siz  istədiyiniz məhsulu sifariş edərək Zamex.az karqo şirkəti  vasitəsilə əldə edə bilərsiniz.

 

 Sərfəli və sürətli karqo – Zamex.az

Türkiyədən Azərbaycana onlayn alış-veriş saytlarından istənilən məhsulların 3-5 iş günü ərzində əlinizdə olmasını istəyirsinizsə, elə indi sərfəli, sürətli və etibarlı karqo xidmətindən yararlanmaq üçün Zamex.az saytından qeydiyyatdan keçərək  sifariş edə bilərsiniz.