Türkiyədən uşaq oyuncaqlarının sifarişi

Türkiyədən uşaq oyuncaqlarının sifarişi
Kömək 18.03.2022

Uşaqlar cəmiyyətin gələcəyi, sabahın təminatçısıdır. Onlar saflıq, məsumluq, mərhəmət və s. bu kimi ülvi hissləri bizə aşılayırlar. Yetişkinlər olaraq onlara hər zaman diqqət və qayğı göstərməliyik. Güvənli həyat yaşamaları, keyfiyyətli təhsil almaları üçün, əlimizdən gələnin daha artığını etməliyik.

Uşaqlar günbəgün dəyişərək həm fiziki, həm də zehni cəhətdən inkişaf edirlər. Onların düzgün şəkildə inkişafına diqqət yetirmək lazımdır. Fiziki olaraq inkişaflarını xüsusi idman növləri, rəqslər və s. bu kimi fəaliyyətlərlə təmin etmək mümkündür. Zehni cəhətdən inkişafları üçün isə, 3 yaşdan yuxarı uşaqların müxtəlif inkişafedici və öyrədici oyunları oynaması məqsədəuyğundur.

Bugünkü bloqumuzda isə, uşaqların zehni cəhətdən inkişafını təmin etmək üçün, istifadə olunan müxtəlif növ inkişafedici oyuncaqların Türkiyə və Amerika saytlarından sifarişi haqqında ətraflı şəkildə məlumat verəcəyik.

İnkişafedici oyuncaqlar bir sıra kateqoriyalara bölünür. Bunlara kart, boyama, tapmaca, dil öyrənmə və s. kimi kateqoriyaları misal göstərmək olar.

 

Türkiyədən Puzzle Sifarişi

İnkişafedici oyunlar dedikdə ağıla ilk gələn oyun puzzle-dir. Bir obyekti xəyal edərək parçaları birləşdirməyə çalışmaq, xəyal gücünü və analitik düşünmə qabiliyyətini inkişaf etdirərək, uşağın əyləncəli vaxt keçirməsini təmin edir. Hər yaşa, ölçüyə və saya uyğun hər növ puzzle-ların “Art Puzzle”, “Movas” markalarından Trendyol, Hepsiburada və s. bu kimi xarici saytlardan sifarişi mümkündür. 

 

Türkiyədən Kart Oyunları Sifarişi

Kart oyunları həm azyaşlı, həm də 7-8 yaşdan yuxarı uşaqların zehni inkişafı üçün, mühüm rol oynayır. Azyaşlı uşaqların rəngləri, heyvanları və s. öyrənməsi üçün hazırlanmış müxtəlif növ öyrədici kartların sifarişini “Enjoymydesign” markasından etmək mümkündür.

 

Türkiyədən Boyama Mandalaları Sifarişi

Rənglərlə tanış olmaq üçün əvəzsiz hesab olunan boyama fəaliyyəti, uşaqların səmərəli vaxt keçirərək öyrənməsini təmin edir. Hər növ boyama vəsaiti ilə, mandalaların rənglənməsi uşaqların hiperaktivlik səviyyəsini də tənzimləyir. Keyfiyyətli və sərfəli mandalaların Amerikadan da sifarişi mümkündür. “Paperback” kimi məşhur boyama brendindən, uşaqlar üçün istehsal olunan müxtəlif dizaynda mandalaları əldə edə bilərsiniz.

 

Dijital yazı taxtaları

Texnologiya əsrinin avantajlarından uşaqlar da faydalanmalıdır. Müxtəlif öyrədici məqsədlər üçün istifadə olunan bu dijital lövhələrin sifarişi “Moderntekno”, “SarfTech” kimi markalardan sifarişi mümkündür.

 

Etibarlı karqo-Zamex

Ölkənin ən sərfəli və etibarlı karqo şirkəti olan Zamex öz sürəti ilə dəyərli vaxtınıza qənaət etməniz və bu vaxtı uşaqlarla keçirməyiniz üçün imkanlar yaradır. Siz də övladınıza və ya çevrənizdəki uşaqlara həm inkişaf etmələri, həm də əyləncəli vaxt keçirmələri üçün oyuncaq axtarışındasınızsa, qeyd etdiyimiz öyrədici oyuncaqları istər Türkiyə, istərsə də Amerika saytlarından Zamex vasitəsilə sifariş edə bilərsiniz.

Elə indi vaxt itirmədən Zamex.az saytından qeydiyyat keçməyə və ya mobil tətbiqi yükləyərək sifarişlərinizi həyata keçirməyə tələsin!