Vücud tipinizə uyğun ətək sifarişi

Vücud tipinizə uyğun ətək sifarişi
Kömək 17.06.2022

Ətək hər bir qadının qarderobunda olması lazım olan ən qiymətli əşyalardan biridir. Ancaq hər ətək növü hər bədən formasına uyğun deyil. Odur ki, qarderobunuza ətək əlavə etməzdən əvvəl bədən tipinizi müəyyənləşdirməli və ona uyğun alış-veriş etməlisiniz. Sizin üçün hazırladığımız budəfəki bloqumuz ilə qələm, maksi, asimmetrik və mini ətək kimi bir çox fərqli ətək növlərindən hansının bədəninizə uyğun olduğunu müəyyən edə bilərsiniz.

Bədən quruluşunuzu müəyyən edin

Bədən tipinizi öyrənmək təkcə ətək alarkən deyil, həm də bütün növ geyimlər üçün düzgün seçim etmək və dəbli görünüş əldə etmək üçün lazım olan ilk addımdır. Hər bədən formasına yaraşan ətək modelləri fərqli ola bilər. Ümumi bədən tipləri; tərs çevrilmiş üçbucaq, düzbucaqlı, alma, armud və qum saatı kimi təsnif edilir.

 

Düzbucaqlı bədən tipi üçün ən yaxşı ətək modelləri

Düzbucaqlı bədən tipiniz varsa, bədəninizə uyğun bir çox variant tapa bilərsiniz. Bu tip bədənlərdə, ayaqların incəliyini və formanın düzlüyünü kamuflyaj etmək üçün asimmetrik kəsiklər və ya fırfırlar tövsiyə olunur.

 

Tərs üçbucaqlı bədən tipi üçün ən yaxşı ətək modelləri

Əgər tərs üçbucaqlı bədən tipinə sahibsinizsə, çiyinləriniz ombanızdan daha geniş olduğundan tarazlığı qorumaq üçün zəng formalı və ya qatlı modellərə müraciət edə bilərsiniz. Ətəklərinizi ağ köynək və ya trikotaj və idman ayaqqabısı ilə birləşdirərək dəbli və sadə görünüşü təmin edə bilərsiniz.

 

Qum saatı bədən forması üçün ən yaxşı ətək modelləri

Əgər qum saatı kimi bədən quruluşunuz varsa; İncə bel və mütənasib sinə-omba formasına sahib olduğunuz üçün bunu ortaya çıxaracaq iddialı seçimlər edə bilərsiniz. Qələm ətəklər qum saatı tipli qadın bədənlərini ən yaxşı göstərən modellərdən biri kimi tanınır. Qələm formalı ətəyinizi dar koftalar və stilettolarla birləşdirərək əsl qadın görünüşünüzü vurğulaya bilərsiniz.

 

Alma tipli bədən forması üçün ən yaxşı ətək modelləri

 

Alma tipli bədən quruluşunda qarın və ayaq nahiyələri daha qalın olduğu üçün A kəsimli ətəklər daha uyğundur. Bel xəttini mümkün olduğu qədər vurğulayaraq diqqəti ayaqlarınızdan və gövdənin ortasından yayındırmaq vacibdir. Çəkmə və trikotaj sviterlərlə A-kesimli ətəklərinizi istifadə edərək gözəl qış və payız kombinasiyaları yarada bilərsiniz.

 

Qeyd etdiyimiz bütün növ bədən quruluşlu ətəkləri zövqünüzə və istəyinizə uyğun Trendyol və digə onlayn alış-veriş platformalarından tapa bilərsiniz. Sizin üçü bir neçə marka və butik adları da qeyd edirik. elə ki, TrendyolMilla, Tuvba Butik, Madmext, Select Moda və s. kimi markalardan əsl zövqlü və ə formaya uyğun ətəkləri sifariş edə bilərsiniz.

 

Siz sifariş edin, Zamex sürətli çatdırsın!

Zamex hər zaman sizin vaxtınıza və büdcənizə qənaət etmənizi təmin edir. İstər mobil tətbiq, istərsə də Zamex.az saytından qeydiyyatdan keçib, sifarişlərinizi bizə güvənərək həyata keçirə bilərsiniz. 0.39 USD-dan başlayan tarifləri ilə Zamex, müştərilərinin məmnuniyyətini təmin etməyə davam edir!