“Zamex” yeniliklərlə müştərilərini sevindirməyə davam edir!

“Zamex” yeniliklərlə müştərilərini sevindirməyə davam edir!
Kömək 05.09.2022

“Zamex” Türkiyə və Amerika alış-veriş saytlarından sərfəli tariflərlə sürətli çatdırılma edərək öz müştərilərinə xidmət göstərməkdən böyük məmnuniyyət duyur. “Keyfiyyət hər kəsin haqqıdır” şüarı ilə yola çıxaraq Türkiyədən Bakıya artıq həftədə 5 gün çatdırılma edirik. Belə ki, hər həftənin 1, 2, 3, 4, 6-cı günləri Türkiyədən sifariş etdiyiniz məhsullarınız Bakı anbarımıza çatdırılır. Amerika alış-veriş saytlarından “Zamex” vasitəsilə aldığınız bağlamalar isə hər həftənin cümə günü Bakı anbarımıza yola düşür.

Operativ karqo “Zamex” baş ofis Qara Qarayev olmaqla, Həzi Aslanov, Nəriman Nərimanov, Binə, Sumqayıt və Gəncədə fəaliyyət göstərən filiallardan əlavə, Azərbaycanın müxtəlif şəhər, rayon, kənd və qəsəbələrində yerləşən 40-a yaxın təhvil məntəqələri ilə müştərilərin rahatlığını təmin etmək üçün xidmət göstərir. Ölkənin dörd bir yanında fəaliyyət göstərməkdə məqsədimiz odur ki, müştərilər sifariş etdikləri bağlamaları yaşadıqları ünvandan ayrılmadan özlərinə ən yaxın məntəqədən təhvil ala bilsinlər. Müştərilərimiz artıq Amerika və Türkiyə alış-veriş saytlarından sifariş etdikləri zaman bağlamaları təhvil almaq istədikləri “Zamex” təhvil məntəqəsini seçə bilər. Bununla da məhsullar Bakı anbarımıza daxil olduqdan sonra həmin ünvana göndəriləcək.

Bütün bunlardan əlavə, dəbli geyinməyi həyat tərzinə çevirən, lakin  “vaxtım yoxdur” deyib sifarişlərini təxirə salan müştərilərimizi də yalnız buraxmırıq! “Zamex”in “Sifariş et” xidməti bunun üçün 7/24 xidmətinizdədir.

Xidmətlərimizə rəng qatmaq üçün ay ərzində müxtəlif kampaniyalar keçirərək müştərilərimizi sevindirməyi də unutmuruq! Əlavə olaraq hər həftə sonu instaqram və feysbuk səhifəsində keçirilən oyun xarakterli müsabiqələrimizlə həftənin qalibinə 50 TL balansı hədiyyə edirik. Yeri gəlmişkən, qeyd edək ki, hal-hazırda sosial media hesablarımızda “Yay Festivalı” kampaniyası davam edir. Kampaniyanın şərtləri barədə ətraflı məlumat almaq üçün instaqram və feysbuk səhifəmizə daxil olmağınız kifayətdir. Əgər siz də kampaniya və müsabiqələrimizdən anında xəbərdar olmaq istəyirsinizsə, sosial media hesablarımızı izləyə bilərsiniz. Kim bilir, bəlkə də gələn həftənin ən şanslı müştərisi siz oldunuz?!

 

Bağlamaların anbarda saxlanma müddəti 10 gündür!

Hörmətli müştərilərimiz, Türkiyə və Amerika saytlarından sifariş verdiyiniz bağlamaların anbarda qalma müddəti 10 günü əhatə edir. Nəzərinizə çatdıraq ki, filiallarımızda yerləşən yerli anbarlarımızdan 10 gün müddətində təhvil almadığınız hər bir bağlama üçün əlavə günlər üzrə 1 gün – 0.50 AZN olmaqla əlavə ödəniş tətbiq ediləcək.

 

Artıq “Zamex” mobil tətbiqi ilə bütün yeniliklərdən anında xəbərdar olacaqsınız!

İstər Türkiyə və Amerika alış-veriş saytlarında, istərsə də sosial media hesablarımızda baş verən yeniliklərdən xəbərdar olmağınız üçün mobil tətbiqimiz xidmətinizdədir! Tətbiqi həm IOS, həm də Android istifadəçiləri pulsuz şəkildə rahatlıqla yükləyə bilərlər.

 

Sürətli və sərfəli karqo - Zamex”!

Sürətimizlə yanaşı, sərfəli tariflərimizlə də müştərilərimizin rahatlığı üçün çalışırıq. Türkiyə üzrə 0.39 USD-dən başlayan qiymətlərlə büdcənizə qənaət etmənizi təmin edirik. Azərbaycan üzrə ən sərfəli Amerika tarifləri isə yalnız bizdədir! Siz də bu operativlik və sərfəli tariflərimizdən yararlanmaq üçün elə indi ya mobil tətbiqimiz, ya da veb-səhifəmiz vasitəsilə qeydiyyatdan keçin və alış-verişin rahatlığından həzz alın!